Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏTƏ ZƏRBƏ VURAN İCRA BAŞÇISI KİMDİR?

HAKİMİYYƏTƏ ZƏRBƏ VURAN İCRA BAŞÇISI KİMDİR?


13-06-2013, 14:41
HAKİMİYYƏTƏ ZƏRBƏ VURAN İCRA BAŞÇISI KİMDİR?
CƏLİLABAD SAKİNİ NARAZILIQ EDİR

DİA.AZ: - Cəlilabaddan redaksiyamıza daxil olan şikayət məktubunda rayon sakini Sahib Səmədağa oğlu Mürsəlov bildirir ki, yerli məmurların rüşvətxorluğu artıq Cəlilabad camaatını üsyan həddinə çatdırıb.

DİA.AZ-a daxil olan müraciətdə deyilir: «Başda icra başçısı Əziz Əzizov olmaqla, RİH-in bütün məmurları, əksər idarə müdirləri bu gün sanki xalqla məzələnirlər. Mən sahibkarlıq fəaliyyətiylə məşğulam və kiçik təsərrüfatımla ailəmi dolandırmağa çalışıram.

Amma yerli məmurların özbaşınalığından artıq cana doymuşam. Müxtəlif adlar altında pul yığırlar, əlimizdə olan-qopanı alırlar.

Bu günlərdə icra hakimiyyətinə məmurların özbaşınalığı ilə bağlı şikayət etmək istədim. Məni qapıdan qovdular. Artıq qapıda dayanan polis də məni tanıyır. Sanki gestapo rejimidir.

Mən bu gün mətbuatda Əziz Əzizovla bağlı yazılanları oxuyuram. Elə rayon camaatı da oxuyur. Amma bir çarə qılan yoxdur. Mən bu seçki ilində üzümü dövlətimizi idarə edənlərə tuturam. Nə vaxta qədər ki, Əziz Əzizov kimiləri icra başçısıdır, bu hakimiyyətə xalq arxa durmaz. Bilməlidirlər ki, Əziz Əzizov kimi nümayəndələr hakimiyyətə qarşı ancaq nifrət qazandıra bilər».

Geri qayıt