Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: İKİ GÖMRÜK GENERALI GÖRƏVDƏN ALINIR

ŞOK: İKİ GÖMRÜK GENERALI GÖRƏVDƏN ALINIR


19-06-2013, 12:51
ŞOK: İKİ GÖMRÜK GENERALI GÖRƏVDƏN ALINIR
FHN ŞEFİ DGK-YA SÜPÜRGƏ ÇƏKİR

DİA.AZ: - «Gömrük orqanlarında şok kadr islahatları gözlənilir». Bu ilginc məlumat elə bu dəqiqələrdə redaksiyamıza daxil olub. Xatırladaq ki, DİA.AZ olaraq hələ xeyli əvvəldən Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişikliklərin ediləcəyi ilə bağlı informasiyaları diqqətinizə çatdırmışdıq.

Son olaraq daxil olan məlumatda bildirilir ki, yaxın günlərdə Aydın Əliyevin iki müavini vəzifəsindən alınacaq. Mənbə iddia edir ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevlə bağlı qərar əslində çoxdan verilib: «Xatırlayırsınızsa, Səfərin zaman-zaman fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla problemlərinin olması barədə məlumatlar yerli KİV-də də yayılmışdı.

İndi isə zamanı yetişdiyindən hələ də gömrüyə nəzarəti əlində saxlayan Kəmaləddin Heydərov Səfər Mehdiyevlə yollarını ayırmağı düşünür».

Mənbəmiz iddia edir ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Nazim Məmmədovun da eyni qaydada vəzifəsindən alınması nəzərdə tutulub: «Hər iki qərar yaxın günlərdə elan olunacaq».


Geri qayıt