Əsas Səhifə > Ölkə > TƏZƏXAN MİRƏLƏMLİ İLƏ GÖRÜŞ OLDU

TƏZƏXAN MİRƏLƏMLİ İLƏ GÖRÜŞ OLDU


20-12-2011, 15:25
TƏZƏXAN MİRƏLƏMLİ İLƏ GÖRÜŞ OLDU

BAKIDAN GEDƏNLƏR MASALLIDA ACLIQ EDƏBLƏRƏ DƏ BAŞ ÇƏKİB

Hüquq-müdafiəçilərindən və jurnalistlərdən ibarət qrup AXCP Cəlilabad rayon təşkilatının rəhbəri Təzəxan Mirələmlinin və onun oğlunun həbs şəraiti ilə tanış olmaq məqsədilə cənub regionuna səfər edib.

T.Mirələmli ötən həftə məhkəmə zamanı 14 yaşlı oğlu Vasifin hüquqlarının pozulmasına etiraz etdikdən sonra həbs olunub.

Nümayəndə heyətinin üzvləri qətldə ittiham edilən yeniyetmənin saxlandığı rayon Polis İdarəsində olublar. Yalnız İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov Vasifin yanına buraxılıb.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, görüşdən sonra E.Behbudov deyib ki, V.Mirələmov saxlanma şəraitindən və hər hansı təzyiqlərin olmasından şikayətlənməyib. Yeniyetmənin sözlərinə görə, həbs olunduqdan dərhal sonra Cəlilabad polisinin rəis müavini ona təzyiq göstərərək tələb edib ki, həmyaşıdını atasını təhqir etdiyinə görə bıçaqlamadığını etiraf etsin. V.Mirələmov təzyiq göstərilmədiyini yazılı şəkildə təsdiqləyib.

Sonra nümayəndə heyəti Masallıya gedərək rayon İcra Hakimiyyətinin özbaşınalığına etiraz olaraq aclıq aksiyası keçirənlərə baş çəkiblər.

Nümayəndə heyəti oradan Lənkərana yola düşüb və həbsdə olan T.Mirələmliyə baş çəkəcək. Nümayəndə Heyətinə hüquq müdafiəçiləri Eynulla Fətullayev, Vüqar Qocayev, Fuad Həsənov, “Azadlıq” radiosunun, “Azadlıq” və, “Bizim yol” qəzetlərinin, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun jurnalistləri daxildir.

Qeyd edək ki, T.Mirələmli dekabrın 16-da xuliqanlığa görə 10 sutka həbs cəzası alıb. O, məhkəmə prosesində qətldə ittiham edilən 15 yaşlı oğlunu məhkəmə nəzarətçiləri və dövlət ittihamçısının təzyiqlərindən qorumağa cəhd edib.

V.Mirələmov Cəlilabad məktəbinin 8-ci sinif şagirdidir. O, aprelin 5-də bu məktəbin 10-cu sinif şagirdi Cavanşir Həsənlini öldürməkdə ittiham edilir. V. Mirələmovun atası aprelin 2-də Bakıda etiraz aksiyasında tutulduğu və şəkli qəzetlərdə çap edildiyi üçün sonuncu öz yoldaşları ilə onu ələ salıb.


Geri qayıt