Əsas Səhifə > Ölkə > VİDADİ İSGƏNDƏRLİNİN SƏHHƏTİNDƏ PROBLEM YARANIB
VİDADİ İSGƏNDƏRLİNİN SƏHHƏTİNDƏ PROBLEM YARANIB20-12-2011, 15:33 |
2 APREL MƏHBUCLARI ÖZLƏRİNİ GÜNAHKAR SAYMIR Bu günlərdə bir sıra ijtimai və siyasi qurum təmsilçiləri 14 saylı həbsxanada cəza çəkən siyasi məhbuslarla görüşüblər. Bu haqda Turan-a “Demokratiya və Vətəndaş Cəmiyyətinin İnkişafına Kömək” Birliyindən məlumat verilib. Onlar Vidadi İsgəndərli, Əhəd Məmmədli, Şahin Həsənli və Sahib Kərimova baş çəkiblər. Həmin şəxslər bu il mart-aprel aylarında keçirilən mitinqlər və ötən ilin parlament seçkiləri ilə bağlı mühakimə olunublar. V.İsgəndərli səhhətində problemlərin olduğunu bildirib. Buna görə həbsxananın tibb məntəqəsinə köçürülüb. Onun fikrincə, səhhətinin pisləşməsinə səbəb 4 ay davam edən istintaq dövründəki mənəvi-psixoloji təzyiqlərdir. Məhbuslar hər hansı cinayətə yol vermədiklərini, həbslərinin siyasi sifariş olduğunu, istintaq və məhkəmələrin əli ilə bu siyasi sifarişin icra olunduğunu bildiriblər. “Biz xalqın azadlıq, ədalətli cəmiyyətdə yaşamaq haqqı uğrunda mübarizə aparırıq”, - onlar qeyd ediblər. Dustaqlar onlara dair işlərin Avropa məhkəməsinə göndərilməsi faktını müsbət dəyərləndiriblər. Geri qayıt |