Əsas Səhifə > Partiya > SÖYÜN SADIXOVU KİM DANIŞDIRIR?

SÖYÜN SADIXOVU KİM DANIŞDIRIR?


28-06-2013, 14:23
SÖYÜN SADIXOVU KİM DANIŞDIRIR?
“Görünür Söyün Sadıqovu danışdıran uzun illərdir əməkdaşlıq etdiyi Rusiya xüsusi xidmət orqanlarıdır. Rusiya hüquq mühafizə orqanları bu yolla nəyə nail olmaq istəyir, bu barədə konkret məlumatım olsam da, düşünürəm ki, bu Kremlin “Avrasiya İttifaqı” məsələsində Azərbaycanın razılığına almağa yönəlib”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Rusiyada fəaliyyət göstərən Milli Birlik Partiyasının sədri Söyün Sadıqovun Azərbaycan hakimiyyətinin ünvanına səsləndirdiyi ittihamlara cavab verərərkən belə deyib.

Onun sözlərinə görə, Rusiya postsovet məkanını nəzarətə almaq uğrunda ciddi səylə çalışır və onun diqtəsi ilə oturub-durmayan dövlətlərə qarşı təzyiqlər də bu qəbildəndir: “Bakıya səfəri çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili də bəyan etmişdi ki, Rusiya Azərbaycanda Gürcüstan variantını işə salmaq istəyir və bu məqsədlə əslən Gürcüstanda anadan olan Söyün Sadıqovdan casus kimi istifadə edir. Hesab edirəm ki, bu Sadıqovun fəaliyyətinə ən real qiymət idi. O, bütün şüurlu fəaliyyəti boyu Rusiya iqtidarına və hüquq-mühafizə orqanlarına çalışıb və son açıqlamaları da onlardan aldığı sifarişlərin nəticəsidir”.

Rusiyanın Azərbaycanda və digər postsovet ölkələrində heç bir uğur əldə edə bilməyəcəyini deyən millət vəkili inanır ki, şimal qonşumuz bir müddət sonra geri çəkiləcək: “Putin növbəti dəfə hakimiyyətə gələndən sonra “Avrasiya İttifaqı” və “Gömrük İttifaqı” ideyalarını ortaya atdı. O, düşünürdü ki, bu yolla imperiya maraqlarını bərpa edə biləcək. Lakin biz artıq XXI əsrdə yaşayırıq və indiki halda SSRİ-nin hər hansı formada bərpasından danışmaq nağıldır. Yəqin ki, rus hakimiyyəti yekunda bu həqiqəti anlayıb geri çəkiləcək və bundan sonra MDB dövlətlərinə qarşı təzyiqlər də səngiyəcək”.

Geri qayıt