Əsas Səhifə > Cəmiyyət > KEÇMİŞ MƏHBUS JURNALİST AİLƏ QURUR

KEÇMİŞ MƏHBUS JURNALİST AİLƏ QURUR


26-09-2011, 13:41
KEÇMİŞ MƏHBUS JURNALİST AİLƏ QURUR

BU GÜN EYNULLA FƏTULLAYEVİN TOYUDUR

Tanınmış jurnalist Eynulla Fətullayev bu gün evlənir. Jurnalistin dostları saytımıza bildiriblər ki, Eynullanın toyu “Monte Kristo” şadlıq sarayında olacaq. Onun evləndiyi xanım həkimdir. Toya 200 nəfərədək qonaq dəvət olunub. Onların arasında siyasətçilərin də olduğu bildirilir.

1976-cı ildə Bakıda anadan olan Eynulla Fətullayev 2005-ci ildə “Realnı Azerbaydjan”, “Gündəlik Azərbaycan” qəzetlərini təsis edib. Eynulla Fətullayev 2007-ci ildən 2011-ci il mayın 26-dək həbsdə olub. Bu il mayın 26-da həbsdən azad olunub.

Həbsdən çıxandan sonra “İnsan Haqları Uğrunda” İctimai Hərəkat təsis edib.

Geri qayıt