Əsas Səhifə > Ölkə, Manşet > “AEROPORT ƏMƏLİYYATI”NIN GİZLİNLƏRİ

“AEROPORT ƏMƏLİYYATI”NIN GİZLİNLƏRİ


22-12-2011, 12:59
“AEROPORT ƏMƏLİYYATI”NIN GİZLİNLƏRİ

253 MIN DOLLAR PULLA BAĞLI QALMAQALIN ŞOK TƏFƏRRÜATLARI

DİA.AZ: - Məlum olduğu kimi, bir neçə gün bundan öncə Bakı-Moskva aviarelsi ilə hərəkət etmək istəyən Azərbaycan vətəndaşı Emin ramazanovun üzərinə baxış keçirən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları, adıçəkilən şəxsin əl çantasından 253 min 800 dollar məbləğində pul aşkarlayıb. Faktla bağlı saxlanılan E.Ramazanov ilkin izahatında pulları təyyarənin göyərtəsinə keçirməkdə ona «Azərbaycan Hava Yolları» QSC (AZAL) Aviasiya Təhlükəsizliyi İdarəsinin növbə rəisinin müavini Rəşadət Vəliyevin kömək etdiyini bildirib. Bundan sonra R.Vəliyev də saxlanılaraq istintaq prosesinə cəlb edilib.

Bugünlərdə məlum məsələ ilə bağlı redaksiyamıza məlumat verən etibarlı mənbə sözügedən faktla bağlı maraqlı fikirlər səsləndirib. R.Vəliyevin kimliyi, onun Aviasiya Təhlükəsizlik İdarəsinə necə düzəlməsi ilə bağlı ilginc məqamlara toxunan mənbə bəzi qaranlıq məsələlərə də aydınlıq gətirib. Mənbə R.Vəliyevin Aviasiya Təhlükəsizliyi İdarəsində bəlli bir müddətdir ki, çalışdığını, işə isə rövşən Sultanov adlı bir şəxsin vasitəsilə düzəldiyini bildirib: «R. Vəliyev adıçəkilən qurumda bir neçə ildir ki, çalışır. Onun bu qurumda işə düzəlməyinə isə Rövşən Sultanov adlı bir nəfər kömək edib. Bu məqsədlə R. Vəliyevdən 15 min manta pul alan R. Sultanov həmin pulun qarşılığında verdiyi vədi yerinə yetirib».

R. Sultanovun kimliyinə gəlincə, mənbə adıçəkilən şəxsin Azərbaycanın güc orqanlarından birində çalışan generallardan birinin yaxın qohumu olduğunu vurğuladı: «R. Sultanov özlüyündə ciddi bir fiqur olmasa da, onun Azərbaycanın güc strukturunda çalışan generallardan biri ilə yaxın qohumluq əlaqəsinə malik olması, adıçəkilən şəxsi əsl işbaza çevirib. R. Vəliyev kimi yüzlərlə vətəndaşı müəyyən məbləğ qarşılığında ayrı-ayrı qurumlarda işə düzəldən R. Sultanov, bununla ciddi məbləğdə pul qazanır. R. Sultanovun güc generalı ilə qohumluq əlaqələri idarə rəislərinə bəlli olduğu üçün heç kim onun təklifinə yox deyə bilmir və təqdim etdiyi namizədi dərhal işə götürür».

Mənbə R. Vəliyevin məlum olaydan bir gün öncə Moskvada olduğunu, onun E. Ramazanova pulu üçüncü bir şəxsin diktəsi ilə verdiyini bildirdi: «R. Vəliyev məlum olaydan bir gün qabaq Moskvada olmuş, oradan hadisədən bir gün əvvəl qayıtmışdır. Bu baxımdan onun 253 min dollarlıq əməliyyata öncədən hazırlaşmaq, bu əməliyyatın bütün konturlarını hazırlamaq imkanı olmayıb. R. Vəliyevin tutduğu vəzifə və sosial çevrəsi də onun bu məsələdə sadəcə kuriyer rolunu oynadığını təsdiq edir. Bu baxımdan E. Ramazanova çatası pulıların R. Vəliyevə üçüncü bir şəxsin verdiyi şübhəsizdir. Məhz bu şəxsin kimliyinin aydınlığa qovuşması bütün olayın aydınlığa qovuşmasını təmin edə bilər».


Geri qayıt