Əsas Səhifə > Ölkə > “MƏN ARTIQ EYNULLA FƏTULAYEVİ MÜDAFİƏ ETMİRƏM”
“MƏN ARTIQ EYNULLA FƏTULAYEVİ MÜDAFİƏ ETMİRƏM”22-12-2011, 13:49 |
“MƏNİM BU FİKİRLƏRƏ MÜNASİBƏT BİLDİRMƏYİM YERSİZDİR” Jurnalist Şahvələd Çobanoğlu “Dünyəvilik sualları” adlı yazısında həmkarı, yaxın dostu Eynulla Fətullayevi artıq müdafiə etmədiyini yazıb. “Mən artıq Eynulla Fətulayevi müdafiə etmirəm. Üstəlik onunla bağlı mənə gələn tənəli məktublara dözməli oluram. Onu müdafiə etsəm haqlı olmaram”-deyə Ş.Çobanoğlu bildirib. Ş.Çobanoğlunun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirən Eynulla Fətullayev Modern.az saytına açıqlamasında deyib ki, onun qarşı tərəfin dediklərinə münasibəti normaldır. Ölkədə fikir azadlığının olduğunu deyən E.Fətullayevin sözlərinə görə, hər kəs müstəqil olaraq istər siyasətdə, istərsə də digər məsələlərdə öz yolunu müəyyənləşdirir. “Mənim bu fikirlərə münasibət bildirməyim yersizdir. Ölkədə pülüralizm, fikir azadlığı var. Hər kəs bu və ya digər məsələdə, eləcə də istənilən şəxs haqqında fikir bildirə bilər. Ona görə də mənim bu fikirlərə münasibətim normaldır”-deyə E.Fətullayev qeyd edib. Geri qayıt |