Əsas Səhifə > Ölkə > “AZPETROL”UN SABİQ ŞEFİ AZADLIĞA ÇIXA BİLƏR
“AZPETROL”UN SABİQ ŞEFİ AZADLIĞA ÇIXA BİLƏR22-12-2011, 14:58 |
EYNULLA FƏTULLAYEV RAFİQ ƏLİYEVLƏ GÖRÜŞÜB “İnsan hüquqları naminə” İctimai Birliyinin sədri Eynulla Fətullayev Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən “Azpetrol” şirkətinin keçmiş prezidenti Rafiq Əliyevlə görüşüb. Bu barədə APA-ya açıqlamasında E. Fətullayev özü məlumat verib. E. Fətullayev R. Əliyevin saxlanma şəraitindən narazı olmadığını, səhhətindən şikayət etmədiyini deyib: “Rafiq Əliyev yeganə problemi kimi azadlıqda olmamasını göstərdi. O, yaxın vaxtlarda Azərbaycan prezidentinin imzalayacağı fərmanla azadlığa buraxılacağına ümid etdiyini bildirdi”. Geri qayıt |