Əsas Səhifə > Ölkə, Manşet > ELŞAD ABDULLAYEV HOLLİVUDA MEYDAN OXUYUR
ELŞAD ABDULLAYEV HOLLİVUDA MEYDAN OXUYUR11-07-2013, 13:41 |
KEÇMİŞ REKTORUN ARXASINDA KİM DURUR? DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Xatırladaq ki, bu gün yenə də keçmiş rektor açıqlama verərək videolar yayacağını bildirib. Əslində bu yolla Elşad Abdullayevin özəl maraqlar güddüyü faktiki oqlaraq sübuta yetirilib. Çünki ilk əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı faktlar açıqlayan keçmiş rektor indi ancaq manipulyasiya etməkdədir ki, bu prosesin də arxasında Elşad Abdullayevin gəlir əldə etmə istəyinin dayandığı aydın şəkildə görünməkdədir. Bu barədə DİA.AZ-a daxil olan informasiyalar da təsdiqləyir ki, Ramiz Mehdiyevlə bağlı videobombardman əslində Elşad Abdullayevə özünüreklam üçün lazım idi. Mənbənin söylədikləri: «Sanki bununla populyarlaşan rektor iri ranqlı məmurlarla bağlı faktları açıqlayacağını bildirsə də, sonradan bu barədə susdu. Və bütün fəaliyyətini yalnız sıravi vətəndaşlara - özünün bilərək tələyə saldığı şəxslərə qarşı köklədi. Bu gün onun videolarında yalnız iş adamı Arzu Kazımovdan və ona yaxın şəxslərdən danışılır ki, bu da daha çox qurama bir ssenarinin nəticəsində ərsəyə gələn materialdan başqa bir şey deyil». Əslində Elşad Abdullayevin son günlər yalnız millətçiliyi və vətənsevərliyi şübhə doğurmayan xanımlardan birini də hədəfləməsi belə deməyə əsas yaradır ki, artıq ona danışmağa icazə vermirlər. Bunu da mənbəmiz təsdiqləyir və bildirir ki, amma faktiki olaraq keçmiş rektora gündəmdə qalması üçün də tapşırıq verilib. Bəs onu himayə edənlər kimlərdir? Bu barədə DİA.AZ-ı bilgiləndirən qaynaq millət vəkillərindən birinin və hətta PA-da vəzifə tutan məmurlardan birinin və daha bir neçə şəxsin daimə Elşad Abdullayevlə internet əlaqəsində olduğunu da söylədi: «Elşad Abdullayev məhz onların təlimatı ilə hərəkət edir. Və bu gün həmin çevrə Elşad Abdullayevə Belçikada səsyazma studiyası qurub. Həmin studiya imkanlarına görə hətta Hollivudun studiyaları ilə belə rəqabət apara bilər. İstənilən bir şəxsin səs tonunu əldə etməklə, bu studiyada videolar hazırlanır və şantaj vasitəsi kimi istifadə olunur». Onu da bildirək ki, DİA.AZ-a bu yöndən yeni informasiyalar da daxil olub ki, bu istiqamət üzrə apardığımız araşdırmaları diqqətinizə yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləməkdə davam edin… Geri qayıt |