Əsas Səhifə > Partiya > MÜSAVAT MİLLİ ŞURADAN GEDİR?

MÜSAVAT MİLLİ ŞURADAN GEDİR?


13-07-2013, 11:14
MÜSAVAT MİLLİ ŞURADAN GEDİR?
Müsavat Məclisi bu gün qərarını verməlidir. İsa Qəmbərin məruzəsi dinləniləcək və Milli Şurada iştirakla bağlı müzakirə olacaq.

Müsavat Partiyasından Hafta.az-a verilən məlumata görə, iyulun 13-də Müsavat Partiyası Məclisinin toplantısı olacaq. Məlumatda bildirilir ki, toplantıda ciddi qərarların veriləcəyi gözlənilir. Əsas mövzulardan biri də 2013-cü il prezident seçkilərinə hazırlığın gedişi ilə bağlı olmalıdır.

Müsavat Məclisi 4 yanvar 2013-cü il tarixli sessiyasında partiya başqanı İsa Qəmbərin namizədliyini irəli sürsə də, iyunda partiyanın təmsil olunduğu Milli Şura Rüstəm İbrahimbəyovun vahid namizədliyini qəbul edib. İndi Milli Şuranın vahid namizədi var deyilməsi doğru səslənmir. Çünki Müsavat Partiyası İ.Qəmbərin namizədliyinin qüvvədə qaldığını bildirib. Müsavatın bu qərarı Milli Şurada təmsil olunan bəzi qüvvələr tərəfindən birmənalı qarşılanmır və bununla bağlı fərqli fikirlər var. Odur ki, Məclisin iclasında partiya rəhbərinin namizədliyi ilə bağlı müzakirələrin də aparılacağı və mövqenin bir daha konkretləşdiriləcəyi gözlənilir.

Milli Şuranın digər nümayəndəsi olan AXCP-də isə İsa Qəmbərin vahid namizədliyini qətiyyən qəbul etmirlər.

Geri qayıt