Əsas Səhifə > Partiya > ARİF HACILI RÜSTƏM İBRAHİMBƏYOVU VAHİD NAMİZƏD KİMİ GÖRÜR

ARİF HACILI RÜSTƏM İBRAHİMBƏYOVU VAHİD NAMİZƏD KİMİ GÖRÜR


13-07-2013, 13:14
ARİF HACILI RÜSTƏM İBRAHİMBƏYOVU VAHİD NAMİZƏD KİMİ GÖRÜR
“Biz heç vaxt seçkiləri boykot edərkən uğurlara nail olmamışıq. Bunu bir neçə dəfə etmişik və seçkidən kənarda qalmışıq. Müsavat Partiyası bu seçkidə iştirak etməkdə maraqlıdır". "Musavat.com"un məlumatına görə bunu Müsavatın məclis toplantısında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

"Bizim taktikamız seçkilərdə iştirakdır və bu yöndə fəaliyyətimiz tam sürətlə davam edir. Biz Rüstəm İbrahimbəyovun Azərbaycana gələrək, vahid namizəd kimi seçki kampaniyası keçirməsində maraqlıyıq", - deyə Arif Hacılı qeyd edib.

Geri qayıt