Əsas Səhifə > Ölkə > ŞİRKƏT DİREKTORU FHN ŞEFİNİ TƏKZİB ETDİ
ŞİRKƏT DİREKTORU FHN ŞEFİNİ TƏKZİB ETDİ23-12-2011, 15:40 |
“"XRUŞŞOVKA"LARIN SÖKÜLMƏSİ İLƏ BAĞLI DEYİLƏNLƏR YALANDIR” 60-cı illərin əvvəlləri və ortalarında tikilən "Xruşşov" evləri yaxşı vəziyyətdədir və 10-25 il dözə bilər. Bundan əlavə, hökumət növbəti beş-on ildə bu evlərin əvəzinə adekvat yeni yaşayış evləri vermək iqtidarında deyil. Ona görə onların sökülməsi barədə deyilənlər boş sözdür. "MBA-Consulting ltd." rielter şirkətinin direktoru Nüsrət İbrahimov bu gün belə deyib. Onun sözlərinə görə, Bakıda istismara yararsız iki "Xruşovka" var. Əslində Fransa layihəsi ilə tikilən panel evlər sökülməlidir. Xatırladaq ki, FHN başçısı K.Heydərov bu yaxınlarda KİV-ə bildirib ki, FHN hökumətə "Xruşovka"ların sökülüb yerinə yeni binalar tikilməsini təklif edəcək. Onun sözlərinə görə, Azərbaycanda sovet dövründə və ondan əvvəl tikilən çoxlu sökülməli ev var. Heydərovlar ailəsinin bir neçə tikinti şirkəti var və onlar Bakı və başqa şəhərlərdə mənzil tikintisi ilə məşğuldur. Onların sırasında "AS İnsaat" və "Gilan İnsaat" da var. Geri qayıt |