Əsas Səhifə > Partiya > "NİDA" GƏNC FƏALLARLA BAĞLI BƏYANAT VERDİ
"NİDA" GƏNC FƏALLARLA BAĞLI BƏYANAT VERDİ15-07-2013, 12:16 |
N!DA və “Azad gənclik” hərəkatının fəalları Kənan Qasımlı, Məcid Mərcanlı və Ülvi Həsənli polis tərəfindən girov götürülüb və hərəkat onların dərhal azadlığa buraxılmasını tələb edir. Bu barədə təşkilatın Turan agentliyinə göndərilən bəyanatında deyilir. Onlarla yanaşı daha bir fəal Emil Bağırov da saxlanılıb. Lakin o, sonradan buraxılıb. Bəyanatda qeyd olunur ki, bazar günü axşam onları “Nizami” metro stansiyasının polis şöbəsindən aparıblar və indiyədək saxlandıqları yer məlum deyil. DİN bununla bağlı heç bir məlumat vermir. “N!DA fəallarının girov götürülməsi prosesi bu ilin martından gedir ki, bu da Azərbaycan hakimiyyətinin fəal gənclərə qarşı repressiyasıdır. Son saxlama həmin repressiyaların növbəti dalğasıdır”, - bəyanatda deyilir. “Prezident seçkiləri ərəfəsində bu cür addımlar onsuz da Azərbaycanın mənfi olan imicinə növbəti zərbəni vurur”, - bəyanatda deyilir. Sənəddə repressiyalara son qoyulması, bütün saxlanılanların və həbsdə olan gənc fəalların azadlığa buraxılması tələb olunur. Geri qayıt |