Əsas Səhifə > Ölkə, Manşet > SƏBAİL İCRA HAKİMİYYƏTİNDƏ «TORPAQ MAFİYASI»

SƏBAİL İCRA HAKİMİYYƏTİNDƏ «TORPAQ MAFİYASI»


15-07-2013, 14:02
SƏBAİL İCRA HAKİMİYYƏTİNDƏ «TORPAQ MAFİYASI»
BU MAFİYA KİMLƏRƏ GÜVƏNİR?

DİA.AZ: - Səbail rayon icra hakimiyyətində «torpaq mafiyası» peyda olub. Bu ilginc məlumatı DİA.AZ-a vətəndaşlar çatdırıb. Xatırladaq ki, keçən günlərdə Səbail rayon Şıx qəsəbə sakini Soltan Mahmudov halalca 12 sotluq ərazidəki torpağına sözügedən rayonun icra hakimiyyəti başçısının müavini Yavər müəllimin adından təhdidlərin edildiyini bildirmişdi. Hətta onun üstünə başçının müaviniin adamları hücum da çəkiblərmiş.

DİA.AZ-a danışan mənbə isə iddia edir ki, Səbail rayon icra hakimiyyətində ümumiyyətlə, «torpaq mafiyası» kimi tanınan bir qrup peyda olub ki, bu dəstə də əsasən Bayıl, Şıx və Badamdar qəsəbəsi ərazilərində torpaq biznesi ilə məşğuldurlar. Mənbə iddia edir ki, həmin şəxslərin hökmündən hətta bələdiyyələr belə səslərini çıxara bilmirlər:

«Təsəvvür edin, bələdiyyələrin verdiyi torpaq sahələrini qanunsuz elan edərək, həmin əraziləri zəbt edib, köhnə tarixli sənədlərlə olduqca baha qiymətə satırlar. Və bu işə icra hakimiyyətinin yüksək ranqlı çinovnikləri rəhbərlik edir. Bələdiyyələr isə çıxılmaz vəziyyətdədir».

Mənbə iddia edir ki, Səbayel rayon bələdiyyəsinin iki sədrinin köhnələrdə həbs edilməsi faktı da icra hakimiyyətindəki «torpaq mafiyası»nın işinə yaramaqdadır: «Buna görə də köhnədən ayrılan bütün torpaq sənədlərini rahatlıqla qanunsuz elan edirlər, sonradan həmin ərazini istədikləri adama baha qiymətə satırlar».

Onu da bildirək ki, DİA.AZ-a verilən məlumatda həmin torpaq mafiyasının üzvləri və onların kimlərə güvəndikləri barədə də ilginc faktlar yer alıb. Yaxın vaxtlarda daha geniş bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt