Əsas Səhifə > Gündəm, Manşet > ABBAS ABBASOVUN DƏFNİNƏ TƏDARÜK GÖRƏKMİ?

ABBAS ABBASOVUN DƏFNİNƏ TƏDARÜK GÖRƏKMİ?


16-07-2013, 12:05
ABBAS ABBASOVUN DƏFNİNƏ TƏDARÜK GÖRƏKMİ?
RUSİYANIN ANTİAZƏRBAYCAN PLANINDA KİMLƏR YER ALIB, NƏ EDƏCƏKLƏR?

DİA.AZ: - Baş nazirin keçmiş müavini, Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, «AST» Şirkətlər Qrupunun vitse-prezidenti Abbas Abbasov bu günlərdə mətbuata verdiyi pessimist notlu açıqlaması ilə iz azdırır. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mənbə danışıb. Mənbə iddia edir ki, «Milyarderlər İttifaqı»nın şefi «məni öləndə vətənimdə dəfn olunmağıma şərait yaratsınlar» kimi açıqlama verməsilə bir yandan Azərbaycana qarşı hansı planda yer almasına işarə edirsə, digər yandan da durumunun ürəkaçan olmaması barədə təəssürat yaratmağa çalışır: «Lakin mənzərə tamamən fərqlidir».

Hələ də Kremlin Bakıya təzyiqlərinin şiddətli ampluada olduğunu qeyd edən mötəbər mənbə əlavə edib ki, baş nazirin keçmiş müavini Abbas Abbasov-Ramiz Mehdiyev-Rüstəm İbrahimbəyov üçbucağında yer alması ilə əslində hansı oyunun iştirakçısı olduğunu çox yaxşı bilir. Qaynaq bu arada çox ilginc faktları da açıqladı:

«Rüstəm İbrahəimbəyovun müxalifətdə, Ramiz Mehdiyevin iqtidarda, Abbas Abbasovun da Moskvada qulluq etdiyi eyni xətt bu gün Azərbaycanın yenidən Rusiyanın qucağına atılması siyasətinin əsas cinahını təşkil etməkdədir. Bu cinah Rusiyanın illər əvvəl ortaya atdığı Avrasiyaçılıq modelinin ərsəyə gəlməsində bir ştrixdir.

Kreml zamanında bu ideyanı Türkiyəyə də təklif edib. Yəni ruslar əslində Avropa Birliyinə qarşı böyük güc kimi gördükləri Avrasiya Birliyində Türkiyəni də görürlər. İllər əvvəl Rusiya prezidentinin nümayəndəsi ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında bu ideya məxfi şəkildə müzakirə olundu. Ruslar Ərdoğana «Türkiyə nə Avropadır, nə də Asiya - Rusiya kimi Avrasiyadır» deyərək jest edib, onları qurmaqda olduqları Böyük Birlikdə müstəsna yer tutmağı təklif etdilər. Ruslar Avrasiya İttifaqını dünyanın gələcək ən böyük gücü kimi görürlər. Və bu gün Taksimdəki olaylarda xüsusi olaraq solçuların, Rusiyanın xüsusi xidmət orqanları ilə bağlı olan yoldaşların fəallıq etməsi də əslində Kremlin öz planına uyğun tərzdə - xətt üzrə hərəkətinin təzahürüdür».

Elə buna görə də Kremlin Azərbaycanla bağlı planlarında tələsdiyini bildirən mənbəmiz hətta Avrasiya İttifaqı naminə Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına belə razılıq verdiyini söylədi: «Rusiya Qarabağın açarını Azərbaycanda hakimiyyətə gətirəcəyi şəxsə həvalə edəcək. Bu adam Abbas Abbasovdur. Ənənəvi tryukdur. Adam pessimist notlu açıqlamalar verərək özü barəsində arxayınçılıq yaratmağa çalışır. Yəni artıq millət onun dəfninə hazırlaşmalıdır».

Mənbəmiz bildirdi ki, Abbas Abbasovu ruslar növbəti prezident kimi görürlər: «Bu gün müxalifət Rüstəm İbrahəimbəyov adlı rejissorun dirijar çubuğu ilə onlara aid olmayan bir meydanda hərəkət edir. Eyni qaydada Ramiz Mehdiyev hakimiyyətin içində gərəkən zəmini formalaşdırır - hakimiyyətdə Kreml xofu yaratmaqla, Azərbaycan dövlətini Rusiyanın qucağına doğru sürükləyir.

Təbii ki, rəsmi Bakının vəziyyətdəni çıxış imkanları var və bundan istifadə olunacaq. Ruslar Azərbaycanı özlərinə qaytara bilmələri üçün hər halda, savaş elan edəsi deyillər. Özləri demişkən, sadəcə olaraq inciyə bilərlər. Doğrudur, bu inciklik Azərbaycana çox təhlükələr vəd edir. Amma bunun qarşısının alınması imkansız deyil. Sadəcə olaraq millətin Abbas Abbasovun cibindəki «Qarabağ açarı»na uymaması gərəkir».

Geri qayıt