Əsas Səhifə > Ölkə, Manşet > İKİ AY MƏMUR BAĞINDA QALAN FAHİŞƏ DANIŞDI

İKİ AY MƏMUR BAĞINDA QALAN FAHİŞƏ DANIŞDI


16-07-2013, 15:01
İKİ AY MƏMUR BAĞINDA QALAN FAHİŞƏ DANIŞDI
«ŞƏKLİNİ GÖRSƏM, TANIYARAM»

DİA.AZ: - Onu DİA.AZ-a müsahibə verməyə zorla razı saldıq. Əvvəlcə saytımızla maraqlandı. Sonra iradlarını bildirdi ki, sizin saytınız siyasidir. Şoudan az yazırsınız. Nəhayətdə razılaşdı.

Adına şərti olaraq Fərqanə deyəcəyimiz həmsöhbətimiz 22 yaşındadır. Dediyinə görə, Bakıda doğulub. O anadan olmamışdan 1 ay əvvəl atası ilə anası ayrılıb. Sonra…

Sonra da faciəli günləri başlayıb. İki il sonra anası da dünyasını dəyişib. Atası isə anasından ayrılandan sonra Rusiyaya necə gedibsə, indi də xəbər yoxdur.

Fərqanə deyir ki, anası iki il onu varlıların yanında qulluqçu işləyərək dolandırıb. Sonra da - anası öləndən sonra ona xalası baxıb. Xalasının əxdaqsız birisi olduğunu deyən Fərqanə bugünkü acı taleyinin səbəbkarının da elə xalası olduğunu deyir:

- Xalam Dubaya, Türkiyəyə gedib-gələn idi. Məni o böyütdü. Onun mənimlə bağlı planlarının olduğunu bilə də bilməzdim. Sən demə, məni satmağı düşünürmüş. Və o gün gəldi…

13 yaşında ilk dəfə kişi ilə yatağa girdiyini deyən Fərqanə artıq kişilərdən irgəndiyini də deyir:

- Kişilərdən irgənirəm. İlk gecə, kişi ilə yatağa girdiyim ilk gecədə könüllü, ya da könülsüz olduğumu deyə bilmərəm. Uşaq idim. Həmyaşıdlarım kukla ilə oynayanda, xalam məni pulla kişi yatağına saldı. Qanunlar icazə vermədiyindən məni özü ilə xaricə apara bilmirdi. Əvəzində Bakıda məni yaxşı pula satırdı. Az qala hər gün yanıma kişi salırdı.

«Heç bir yerə şikayət etmədinmi?» sualımızın cavabında isə Fərqanə şikayət etdiyinə peşman olduğunu söylədi və başına gələnləri danışdı:

- Günlərin birində xalam yanıma bir kişi gətirdi. 50-55 yaşı olardı. Onda artıq 15 yaşım var idi. Gözümün qabağında kişidən 200 dollar pul aldı mənə görə. Kişini bir az insaflı adama oxşatdım. Əslində həmişə ürəyimdən keçirdi ki, kiməsə şikayətlənim. Xalam məni gözündən uzağa qoymadığından fürsət axtarırdım. Həmin kişi ilə yatdıqdan sonra ona ürəyimi açdım və dedim ki, mənə kömək eləsin. Nə biləydim ki, o da fırıldaqçı imiş…

Fərqanə danışır ki, həmin kişi onu aldadıb. Kömək edəcəyini deyib:

- Özü də məmur idi. Vəzifəsi var idi. Ona görə ona inandım ki, mənə kömək edər. Amma o da məni gizlicə xalamgildən aparıb, öz bağında 2 ay saxladı. Sonra da ailəsi xəbər tutduğundan saçlarımdan tutub, küçəyə atdı. Onun ancaq şəklini görsəm, tanıyaram. Özü barədə mənə heç nə demirdi. Bağında iki ay qalsam da, adını öyrənə bilmədim. Hər gün bağındakı evinin qapısını bağladığından, bağda telefon belə olmadığından kiməsə kömək üçün müraciət də edə bilmədim.

Sonra yenidən xalasının yanına qayıtdığını deyən Fərqanə indi də xalası ilə qaldığını deyir:

- Amma artıq neçə ildir ki, özüm barlarda işləyirəm. Xalamı da dolandırıram. Düzdür, ona nifrət edirəm, onu boğub öldürmək istəyirəm. Amma yazığım gəlir. Ağır xəstədir. Ona görə də bardan qazandığım pulun yarısı ilə onu müalicə etdirirəm. Elə iynəsinin biri 50 manatdır.

Fərqanə onu da bildirdi ki, ən böyük arzusu normal həyatı yaşamaqdır:

- Hər gün küçədə atası, anası yanında olan, əri yanında olan qızlara, gəlinlərə həsrətlə baxıram. Mənim günahım nə idi ki? İstəyirəm, bir qızım olsun. Amma ona əsl ana olmaq istəyirəm. Amma kimdir məni alan?..

Mehriban - xüsusi olaraq DİA.AZ üçün

Geri qayıt