Əsas Səhifə > Dünya > "TÜRKİYƏNİ ZƏİFLƏTMƏK İSTƏYİRLƏR"

"TÜRKİYƏNİ ZƏİFLƏTMƏK İSTƏYİRLƏR"


22-07-2013, 10:30
"TÜRKİYƏNİ ZƏİFLƏTMƏK İSTƏYİRLƏR"
Dünyada bir çox güclər güclü Türkiyənin olmasına maraqlı deyil, çünki bu, onların maraqlarına ziddir. Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, dünyada elə imperialist dövlətlər var ki, Türkiyəni istənilən vasitə ilə zəiflətmək istəyirlər.
Baş nazirin sözlərinə görə, İstanbulun Taksim meydanında baş verən hadisələr Türkiyənin həm iqtisadi, həm xarici siyasət baxımından zəiflədilməsinə yönəlmişdi.
Qeyd edək ki, Türkiyədə may ayında üç həftəyə yaxın etiraz aksiyaları keçirildi.

Geri qayıt