Əsas Səhifə > Dünya > MİSİR İÇ SAVAŞIN ASTANASINDA

MİSİR İÇ SAVAŞIN ASTANASINDA


24-07-2013, 11:37
MİSİR İÇ SAVAŞIN ASTANASINDA
"MÜSƏLMAN QARDAŞLARI" MİLLİ BARIŞIĞA "YOX" DEDİ

"Müsəlman qardaşları" hərəkatı Misirdə milli barışıq üzrə danışıqlarda iştirakdan imtina edib. Bu barədə Trend çərşənbə günü "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Digər tərəfdən ölkədəki başqa siyasi qüvvələr və "əl-Əzhər" Universitetinin rəhbərliyi bəyan ediblər ki, milli barışıq üzrə danışıqlarda iştirak edəcəklər, həmçinin bunu dəstəkləməyə hazırdırlar.
Qeyd edək ki, daha əvvək Misirin müvəqqəti rəhbərliyi "Müsəlman qardaşları"nı danışıqlarda iştirak etməyə çağırmışdı. Lakin hərəkatın rəhbərliyi bəyan etmişdi ki, barışığa çağırış qeyri-legitim mənbədən daxil olur.

Geri qayıt