Əsas Səhifə > Gündəm, Manşet > ARZU RƏHİMOVUN KEÇMİŞ İŞÇİSİ İLƏ BAĞLI ŞOK FAKTLAR

ARZU RƏHİMOVUN KEÇMİŞ İŞÇİSİ İLƏ BAĞLI ŞOK FAKTLAR


24-07-2013, 11:41
ARZU RƏHİMOVUN KEÇMİŞ İŞÇİSİ İLƏ BAĞLI ŞOK FAKTLAR
ANAR İSMAYILOV BİR MİLYON MANATI HANSI ÜSULLARLA ƏLDƏ EDİB?

DİA.AZ: - Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəis əvəzi, dələduzluq ittihamı ilə həbs olunmuş Anar İsmayılovun barəsində yeni faktlar daxil olub. Bu barədə DİA.AZ-ın elektron poçtuna daxil olan informasiyada qeyd olunur ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə iyunun 6-da barəsində həbs qətiimkan tədbiri seçilmiş A. İsmayılov vətəndaşlara külli miqdarda «pul atıb».

Bildirək ki, A. İsmayılov may ayının 13-də saxlanılıb. Buna səbəb onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi vəzifəsini icra etdiyi dövrdə vətəndaşları aldadıb, çox sayda vətəndaşdan 1 milyon manatadək pul alması olub. Həbs ayrı-ayrı vətəndaşların şikayəti əsasında olub. Keçirilən əməliyyat zamanı A. İsmayılovun vətəndaşlarla müxtəlif adamların adına alınmış telefon nömrələri ilə əlaqə saxlayıb, onlarla «bazarlıq» elədiyi üzə çıxıb.

Bu telefon nömrələrindən bəziləri onun qohumlarının adına olub. Bununla bağlı istintaqa həmin şəxslər də cəlb olunublar. Məlum olub ki, A. İsmayılov vətəndaşlardan işə düzəltmək, uşaqları yaxşı hərbi hissələrə salmaq adı altında külli miqdarda pul alıb. Lakin verdiyi vədləri yerinə yetirməyib. Ümumilikdə onun vətəndaşlardan aldadıb aldığı pulun məbləğinin 1 milyon manatdan çox olduğu bildirilir. Vətəndaşların verdikləri pulu tələb etməsinə görə, A. İsmayılovun adına olan bahalı “inomarka” avtomobillər hərraca çıxarılıb.

Bundan əvvəl Qax rayonunun hərbi komissarlığında çalışan A. İsmayılovun orada yaşadığı eyni hadisə ilə əlaqədar yerinin dəyişdirildiyi məlumdur. Mənbə DİA.AZ-a bildirir ki, əslən Füzuli rayonundan olan A. İsmayılovun atası Süleyman İsmayılov iş adamıdır. Onun Füzuli və Beyləqan rayonlarında böyük biznesi – mal-qara fermaları, dəyirmanları, taxıl bazası mövcuddur.

Xatırlayan varsa, S. İsmayılovun adı 2005-ci ildə MTN-in keçirdiyi məşhur əməliyyat zamanı ermənilərlə işbirliyinə görə həbs olunan Güləbürdlü Vaqiflə (Vaqif Cabbarov) bağlı məsələdə hallanır. S. İsmayılovun fermalarına baxan Güləbürdlü Vaqifin ermənilərlə işbirliyinə gedərək öz sürülərini ermənilərin nəzarəti altında olan ərazilərdə otardığı, bunun müqabilində cəbhə xəttində xidmət edən erməni hərbçilərinə ərzaq və çörək yardımı göstərdiyi üzə çıxmışdı.

Geri qayıt