Əsas Səhifə > Ölkə, Manşet > ARZU RƏHİMOVUN HƏRBİ ÇAĞIRIŞ FİASKOSU

ARZU RƏHİMOVUN HƏRBİ ÇAĞIRIŞ FİASKOSU


25-07-2013, 12:50
ARZU RƏHİMOVUN HƏRBİ ÇAĞIRIŞ FİASKOSU
XİDMƏT RƏİSİ ÖZÜNÜ DOĞRULDA BİLMƏDİ

DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin başı üzərindən qara buludlar çəkilmək bilmir. DİA.AZ-ın əldə etdiyimi məlumatlardan aydın olur ki, yaxın günlərdə bu qurumla bağlı ciddi islahatların həyata keçirilməsi üçün start düyməsi basılacaq. Buna səbəbsə keçmiş hərbi komissarlıq sistemindən qalma kadrlarla işləməyin mümkünsüzlü, həmçinin SHXÇDX rəhbəri Arzu Rəhimovun özünün ona olan etimadı doğrulda bilməməsidir.

Mənbənin söylədikləri: «Təbii ki, bu dövlət xidməti yaradılarkən islahatların aparılması vacib idi. Ən başlıca islahat isə kadr siyasətində olmalı idi. Amma Arzu Rəhimov nə etdi? Təyinatı rəsmiləşəndən sonra Əlağa Hüseynovdan qalma kadrların hamısını bir günün içində vəzifəsindən azad etdi, sonradan isə onların hər birində görəvinə uyğun olaraq pul alaraq onları təkrarən köhnə postlarına bərpa etdi. Belə islahat olurmu?

Təbii ki, olmaz. Bu gün hər kəs təsdiqləyər ki, Arzu Rəhimov Əlağa Hüseynovdan qalma hərbi komissarlardan külli miqdarda pul toplayıb. Bunu elə bu gün həbsdə olan və Arzu Rəhimovun kassiri kimi zamanında meydan sulamış SHXÇDX rəisinin sürücüsünün məlum aqibəti də sübutlamaqdadır. Təsəvvür edin, qurum yeni yaranır, amma artıq qurumun rəisinin sürücüsü rüşvət, dələduzluq ittihamı ilə həbsə atılır. Əslində bu həbsin ardından Arzu Rəhimov da istefa verməli idi».

Mənbəmizə görə, artıq Arzu Rəhimovla bağlı müəyyən hərəkətlənmələr müşahidə olunmaqdadır: «Bu işdə mütəxəssislərə ehtiyac var. SHXÇDX hərbi strukturdur. Arzu Rəhimov isə illər ərzində miqrasiya xidmətində çalışıb. Onun təcrübəsi yox idi. Və onun naşılığı özünü sübuta yetirdi. Hətta onun gəlişinin ilk günlərində çağırışçıların orduya cəlb olunmasında yaranmış problem, nəticədə xidmət müddəti bitmiş əsgərlərin buraxılmaması, eyni zamanda sərhəd qoşunları, milli ordu, daxili qoşunlar kimi hərbi birləşmələrdə yaranmış əsgər çatışmamazlığı - bütün bunların hamısı Arzu Rəhimovun aktivinə yazılan BÖYÜK SUAL işarəsi idi ki, artıq bu sualın cavabı verilir».

Mənbəmizin sözlərinə görə, seçkilərə qədər SHXÇDX sistemində - rəhbərlikdən tutmuş, aşağıya qədər bütün strukturlarda ciddi kadr islahatları həyata keçiriləcək: «Bu sistemin yenidən hərbçilərə verilməsi gözlənilir».

Geri qayıt