Əsas Səhifə > Dünya > MOSKVADA MƏBƏDƏ BASQIN EDİLDİ

MOSKVADA MƏBƏDƏ BASQIN EDİLDİ


29-07-2013, 11:41
MOSKVADA MƏBƏDƏ BASQIN EDİLDİ
MÜQƏDDƏSLƏRİN TÜRBƏLƏRİ DAĞIDILIB

Moskvada məbədə hücum edən cinayətkarlar müqəddəslərin türbələrini dağıdıblar.

SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə bazar ertəsi Rusiya DİN paytaxt idarəsinin mətbuat xidmətinin nümayəndəsi məlumat verib.

O bildirib: "Saat 01:20-də məbədə dörd nəfər daxil olub, mühafizəçiyə silaha bənzər alətlə və armaturla hədə-qorxu gəliblər. Daha sonra cinayətkarlar onu döyüb, ayaqlarını skotçla bağlayıb, əllərinə qandal geyindirib, daha sonra isə açıq pəncərədən məbədə daxil olublar. Məbəddə zinət əşyaları, nəzirlər oğurlanıb. Cinayətkarlar üç türbənin ağzını açıblar."


Geri qayıt