Əsas Səhifə > Partiya > DİNDAR MƏHBUSUN AİLƏSİNDƏN HÖKUMƏTƏ İSMARIC

DİNDAR MƏHBUSUN AİLƏSİNDƏN HÖKUMƏTƏ İSMARIC


29-07-2013, 11:59
DİNDAR MƏHBUSUN AİLƏSİNDƏN HÖKUMƏTƏ İSMARIC
"SİZİ DEBATA ÇAĞIRIRIQ"

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəza Çəkmə Müsəssisəsinə həbs cəzası çəkən AİP Astara rayon komitəsinin sədri Rufulla Axundzadənin ailəsi hökumətə tənqid dolu müraciət edib.

Müraciətdə bildirilir ki, Rufulla Axundzadənin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən 15 saylı cəzaçəkmə müsəssisəsinə köçürülməsi onun səhhətinin tam normal vəziyyətə düşməsi ilə bağlı deyil. Axundzadəyə 15 saylı cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində 3 aylıq müalicə yazılıb və o hal-hazırda müalicə alır.

FaktXəbər-in məlumaına görə Axundzadə ailəsi bildirir ki, ailə başçısı həbsxanada ağır dərəcəli miokard infarktı keçirməsi ilə bağlı tələblərinə bu günə kimi əsaslı cavab verilməyib. Müraciətdə bildirilir ki, “əslində buna heç təəccüb etmədik. Sadəcə vəzifəmizə əməl etdik bu tələblərlə. Bir ölkədə ədalət görmək istəsək, gərək ən öndə o ölkənin məhkəmələrinə baxaq, hakimlərinə baxaq ki, nə dərəcədə ədalətli qərar çıxarılır. Əgər məhkəmələr ədalətli qərar çıxarmırsa, yuxarılardan nə gözləyəsən.

Rufulla Axundzadənin sizinlə silah davası yox, söz davası var idi ki, bu söz davasında da dözümsüzlük göstərib məğlub olan tərəf siz oldunuz, onu silah-sursatla şərləyib zindana saldırdız.

Bütün günü mətbuatı izləyirik, ünvanlarınıza deyilənləri inkar etmək üçün dəridən-qabıqdan çıxmanızı görürük. Əgər belə özünüzə arxayınsınızsa, o halda Rufulla Axundzadənin ailəsi olaraq ictimaiyyətin gözü qarşısında sizləri debata çağırırıq. Gəlin arxayınlığınızı bu debatda göstərin.”

Geri qayıt