Əsas Səhifə > Dünya > PAKİSTANDA HƏBSXANAYA HÜCUM EDİLDİ

PAKİSTANDA HƏBSXANAYA HÜCUM EDİLDİ


30-07-2013, 10:39
PAKİSTANDA HƏBSXANAYA HÜCUM EDİLDİ
BASQINÇILAR 300 MƏHBUSU AZAD EDİBLƏR

FaktXəbər-in verdiyi məlumata görə, «Təhrike Taliban e-Pakistan» (Pakistan Taliblərinin Hərəkatı) silahlı qruplaşması Pakistanın şimal-şərqində Dera-İsmail Xan şəhərində həbsxanaya hücum çəkərək, 300 məhbusu azad edib.
Qeyd edək ki, həbsxanadakı 5000 məhkumdan 40-ı xüsusi təhlükəli cinayətkar sayılırdı.

Silahlı qruplaşma əvvəlcə həbsxanaya verilən elektrik enerjisini kəsib, sonra ərazidə 15 partlayış həyata keçirib, mühafizəçilərə qumbaraatan və pulemyot silahlardan atəş açıb.

Yerli hökumətin verdiyi məlumata görə, qarşıdurma nəticəsində 3-ü dinc sakin olmaqla, 4 nəfər yaralanıb.

Pakistan taliblərinin nümayəndəsi Şahidullah Şahid (Shahidaullah Shahid) həbsxanaya hücum əməliyyatının uğurlu olduğunu, 300 məhkumu buraxdıqlarını deyiblər.

Yerli hökumət isə qaçan məhbuslar haqqında məlumatları təkzib edib.

Geri qayıt