Əsas Səhifə > Dünya > SURİYADA MÜSƏLMAN QƏTLİAMI DAVAM EDİR

SURİYADA MÜSƏLMAN QƏTLİAMI DAVAM EDİR


2-08-2013, 11:16
SURİYADA MÜSƏLMAN QƏTLİAMI DAVAM EDİR
Suriya hökumət ordusu Hüms şəhəri və paytaxt Dəməşqin Qabun, Cubər və Bərzə rayonlarında qarışıqlıq yaradıb.

SalamNews-un Əlcəzirə telekanalına istinadla verdiyi xəbərə görə, müxalifət silahlıları Hüms şəhərinin cənub-şərqində yerləşən Vadi əz-Zəhəb qəsəbəsindəki silah anbarını hədəfə alıblar.

Baş verən şiddətli partlayış nəticəsində 40 nəfər ölüb, 100-dən artıq insan yaralanıb. Hakimiyyət ordusu şəhərin Vəər qəsəbəsində müxalifət döyüşçülərinin mövqelərini müxtəlif növ silahlardan hədəfə alıblar.

Bu arada, Dəməşqin şimalında yerləşən Qabun, Bərzə, Cubər və paytaxtın cənubunda yerləşən Zeynəbiyyə bölgəsində də qarşıdurmalar davam edib. Burada hökumət ordusuna məxsus qüvvələr silahlıların mövqelərini raketatan və toplardan hədəfə alıblar.

Hələbdə isə hökumət ordusu şəhərin şərqində yerləşən bölgələri geri almaq üçün irimiqyaslı hücuma keçib. Ordu qüvvələrinin ər-Rəşadiyyə qəsəbəsini ələ keçirdikləri bildirilib.

Qarşıdurmalar Dəra əyalətinin Nuva rayonunda, İdlibin Əriha rayonunda da qeydə alınıb.

Bildirək ki, Əriha rayonunda təkcə Ramazan ayında ölənlərin sayı 60-a çatıb.

Geri qayıt