Əsas Səhifə > Ölkə, Manşet > KEÇMİŞ REKTOR MÜLKLƏRİNİN HAYINA QALIB
KEÇMİŞ REKTOR MÜLKLƏRİNİN HAYINA QALIB5-08-2013, 15:03 |
ELŞAD ABDULLAYEV ADAM AXTARIR DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynqəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev məmurlarımızdan birinə acız açıb. Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki mənbələr ötürüb. Qaynaq iddia edir ki, bu günlərdə keçmiş rektor Prezident Administrasiyasının kifayət qədər vəzifəli şəxslərindən birinə Azərbaycandakı mülklərinin taleyilə bağlı müraciət edib. Mənbənin söylədikləri: «Məlumdur ki, Elşad Abdullayev Azərbaycandan nağd pul çıxara bilib və hazırda qiyməti milyonlarla dollara ölçülən mülkləri və obyekti hələ də ölkədədir. Və maraqlı orasıdır ki, keçmiş rektorun bu varidatı toxunulmakzdır». Mənbəyə görə, Elşad Abdullayev yaxın günlərdə obyektlərindən birini satışa çıxarmaq istəyib: «Amma bu alınmayıb. Hətta müştəri də tapılsa da, sonradan mülkün Elşad Abdullayevə aid olduğu məlum olanda, qarşı tərəf geri çəkilib». Mənbə iddia edir ki, məhz bu kimi problemlərinin həlli məqsədilə Elşad Abdullayev PA-dakı adamına ağız açaraq, ondan kömək istəyib: «Təbii ki, bu, kifayət qədər risqli məsələdir. Elşad Abdullayvə bu mərhələdə sahib çıxmaq olduqca təhlükəlidir. Və elə buna görə də keçmiş rektoru rədd cavabı verilib». Geri qayıt |