Əsas Səhifə > Sosial > «KURTLAR VADİSİ» ƏMƏLİYYATI BAŞA ÇATDI

«KURTLAR VADİSİ» ƏMƏLİYYATI BAŞA ÇATDI


27-09-2011, 12:54
«KURTLAR VADİSİ» ƏMƏLİYYATI BAŞA ÇATDI

VƏTƏNDAŞ ÖZÜNÜ YANDIRACAĞINI BƏYAN EDİB

DİA.AZ: - Ucarda «Kurtlar Vadisi» adlı cinayətkar dəstənin fəaliyyəti və onun insanları şərləyərək həyata keçirdiyi əməllər barəsində bir müddət əvvəl məlumat vermişdik. Bununla bağlı danışan hüquq müdafiəçisi Taleh Xaməmmədov bildirib ki, şərlənərək həbs olunan Fuad Hüseynovla bağlı məhkəmə prosesi dünən başa çatıb.

O bildirib ki, fuad Oktay oğlu Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. «Nəzərinizə çatdırım ki, o heç bir cinayət işlətməyib və bütünlüklə bu cinayətdən xəbərsiz olub. Fuad Hüseynov «Kurtlar Vadisi» adlanan cinayətkar dəstənin fəaliyyətinin qurbanı olub».

Hüquq müdafiəçisi bildirib ki, məhkəmə iclasında zərərçəkənlər və şahidlər cinayətin qondarma olduğunu etiraf ediblər və hakimdən də ədalətli qərar çıxarılmasını istəyiblər. «Həmin cinayətkar dəstənin üzvü olan hakim Çingiz İsgəndərov isə qərəzli olaraq ədalətsiz hökm çıxarıb. Çünki Fuada böhtan atan şəxsləri hakim vaxtında muzdla tutmuşdur. Həmin etiraflardan sonra biabır olmuş hakim mövqeyini dəyişmədən günahsız insanı həbsə atdı».

T.Xasməmmədov daha sonra bildirib ki, hal hazırda Fuada böhtan atan şəxs Akif Cəmşid oğlu Cəfərov Baş Prokurorluq və Ədliyyə Nazirliyinə müraciət edib. O, bu dövlət qurumlarından birinin qarşısında intihar edəcəyini bəyan edib.


Geri qayıt