Əsas Səhifə > Ölkə, Manşet > BAŞQAN ELDAR NAMAZOVA NİYƏ BARMAQ SİLKƏLƏYİB?

BAŞQAN ELDAR NAMAZOVA NİYƏ BARMAQ SİLKƏLƏYİB?


14-08-2013, 13:08
BAŞQAN ELDAR NAMAZOVA NİYƏ BARMAQ SİLKƏLƏYİB?
MİLLİ ŞURADA ƏSƏBLƏR TARIMA ÇƏKİLİB

DİA.AZ: - Milli Şurada əsəblər artıq tarıma çəkilib. Bu barədə DİA.AZ-a müxalifətdəki mənbələr informasiya ötürüb. Qaynağın iddialarına görə, qurumun son sessiyası başa çatar-çatmaz Müsavat başqanı İsa Qəmbərlə «El» Hərəkatının sədri Eldar Namazov arasında mübahisə yaranıb. Daha doğrusu İsa Qəmbər Eldar Namazovu bir məsələ ilə bağlı ironik şəkildə uyarıb.

Mənbənin söylədikləri: «Son sessiyadan sonra qərara alınıb ki, mətbuat üçün brifinqdə Milli Şuranın iclası ilə bağlı jurnalistlərə KXCP sədri Mirmahmud Mirəlioğlu ilə «El» Hərəkatının sədri Eldar Namazov açıqlama versin.

Bu qərara etiraz etməyən İsa Qəmbər zaldan çıxarkən Eldar Namazova barmaq silkələyərək belə deyib: «Eldar, brifinqdə keçən dəfəki kimi öz ürəyindən keçənləri demə, burda nə danışmışıqsa, onu de». Bu tikanlı sözdən sonra Eldar Namazov başını aşağı salıb susub».

Geri qayıt