Əsas Səhifə > Partiya > FƏRƏC QULİYEV KİMDƏN QAÇIR?

FƏRƏC QULİYEV KİMDƏN QAÇIR?


9-01-2012, 12:12
FƏRƏC QULİYEV KİMDƏN QAÇIR?

DEPUTATIN “FACEBOOK BƏYANATI” İLƏ BAĞLI ŞOK MƏQAM

Bir neçə gün əvvəl millət vəkili, MDHP sədri Fərəc Quliyev «Fasebook» sosial şəbəkəsində səhifəsini bağlaması haqqında bir sıra mətbu orqanlarda məlumat yayınladı. Millət vəkili bu addımını sosial şəbəkədə onun adıyla əlavə 4 saxta səhifənin açılması ilə əlaqələndirmişdi. Fərəc Quliyevin bu addımı onun sebicilərinin diqqətini çəkib və bir qrup seçici Fərəc Quliyevin sosial şəbəkəsini bağlamasını heç də göstərilən səbəblə əlaqələndirmir.

Daxil olan məlumatda bildirilir ki, Fərəc Quliyevin «Fasebook» sosial şəbəkəsində öz səhifəsini bağlaması heç də millət vəkilinin göstərdiyi səbələ əlaqəli deyil. Mənbə bildirir ki, Fərəc Quliyev son zamanla sosial şəbəkədə seçicilərinin ciddi tənqidləri və töhmətləri ilə üzləşdiyi üçün sosial şəbəkəsini bağlamağa məcbur olub.

Qeyd edək ki, dekabrın sonlarında Fərəc Quliyevin seçiciləri MDHP qarşısında piket keçirəcəkləri haqqında mətbuatda bəyanat yaymışdılar. Seçicilər millət vəkilini onlara qarşı etinasız olmaqda və verdiyi vədlərə xilaf çıxmaqda ittiham edirdilər (pia.az).


Geri qayıt