Əsas Səhifə > Siyasət, Manşet > CAVİD QURBANOV HARDA «QIRMIZI XƏTTİ» KEÇİB?

CAVİD QURBANOV HARDA «QIRMIZI XƏTTİ» KEÇİB?


27-08-2013, 10:16
CAVİD QURBANOV HARDA «QIRMIZI XƏTTİ» KEÇİB?
ASC PREZİDENTİNİN SİYASİ ÖZFƏALİYYƏTİ ONU HƏDƏFƏ ÇEVİRMƏKDƏDİR

DİA.AZ: - Redaksiyamıza «Azəryolservis» ASC-nin prezidenti, millət vəkili Cavid Qurbanovla bağlı maraqlı bir informasiya ötürülüb. Bilgili qaynağın DİA.AZ-a verdiyi xəbərə görə, Cavid Qurbanov bu günlərdə ciddi şəkildə zərbə ala bilər. Buna səbəbsə ASC prezidentinin ümumiqtidar kursundan kənar özfəaliyyət xarakterli siyasi gedişləridir.

Mənbənin söylədikləri: «Cavid Qurbanov bu yaxınlarda deputat həmkarı Adil Əliyevin buraxdığı yanlışları təkrarlamaqdadır ki, bu da ümumiqtidar maraqları fonunda heç bir halda bağışlanan hesab olunmur».

Mənbəyə görə, zamanında Əbülfəz Elçibəyin kadrı kimi tanınan və sonradan hakimiyyətin içlərinə doğru irəliləyərək özü barəsində etimad yükü formalaşdıran Cavid Qurbanov artıq limitlərini xərcləyir: «Ona qarşı tutarlı dəlillər var ki, bu da ASC prezidentinə ən azından ilkin xəbərdarlıq üçün yetərli olacaq».

Onu da bildirək ki, redaksiyamız məsələnin mahiyyətilə bağlı tam olaraq məlumatlandırılmayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt