Əsas Səhifə > Dünya > "RUSİYA HEÇ KİMLƏ MÜHARİBƏ ETMƏYƏ HAZIRLAŞMIR"

"RUSİYA HEÇ KİMLƏ MÜHARİBƏ ETMƏYƏ HAZIRLAŞMIR"


27-08-2013, 11:49
"RUSİYA HEÇ KİMLƏ MÜHARİBƏ ETMƏYƏ HAZIRLAŞMIR"
Suriyaya xaricdən mümkün hərbi müdaxilə olunacağı halda belə Rusiya heç kimlə müharibə etməyə hazırlaşmır.

SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə mətbuat konfransı zamanı Rusiya Federasiyası XİN rəhbəri Sergey Lavrov bildirib.

O deyib: "Biz heç kim müharibə etməyə hazırlaşmırıq. Əvvəlki kimi ümid edirik ki, qərb həmkarlarımız reaktiv deyil, strateji siyasət tətbiq edəcəklər. Suriyada hakimiyyətin dəyişməsi vətəndaş müharibəsinə son qoymayacaq. Əgər kimsə Suriya hərbi infrastrukturlarını bombalamaqla və rejim əleyhdarlarının qəbələ qazanması üçün müharibə meydanını boşaltmaqla hər şeyin başa çatacağını düşünürsə bu bir illüziyadır. Belə qələbə əldə olunsa da, vətəndaş müharibəsi davam edəcək. Sadəcə hökumət tərəfini təmsil edənlər müxalifətə çevriləcək."

Xatırladaq ki, avqustun 21-də bir sıra Qərb və Ərəb telekanalları Suriya ordusu tərəfindən Dəməşq şəhər ətrafında kimyəvi silahdan istifadə olunduğu barədə məlumat verib. KİV məlumatına əsasən, zarin qazından 1300 nəfərə yaxın insan dünyasını dəyişib. Bununla əlaqədar olaraq, dünən ABŞ müdafiə naziri Çak Heyqel bildirib ki, Amerika ordusu Suriya ilə bağlı hərbi ssenarini həyata keçirməyə hazırdır.


Geri qayıt