Əsas Səhifə > Ölkə, Manşet > AYDIN BƏŞİROV ÖLƏN İŞÇİNİN QANINI BATIRIR

AYDIN BƏŞİROV ÖLƏN İŞÇİNİN QANINI BATIRIR


27-08-2013, 14:03
AYDIN BƏŞİROV ÖLƏN İŞÇİNİN QANINI BATIRIR
BAŞ DƏNİZÇİYƏ QARŞI ŞOK İTTİHAM

DİA.AZ: - Redaksiyamıza daxil olmuş növbəti şikayət məktubunda “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsində baş vermiş və faciə ilə nəticələnmiş bədbəxt hadisənin təfərrüatlarından, həmçinin hadisə nəticəsində zərər çəkmiş tərəfin hüquqlqrının Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi tərəfindən kobud şəkildə pozulmasından bəhs olunur.

71 yaşlı Bakı şəhər sakini Dilsuz Məcidov DİA.AZ-a ünvanladığı öz məktubunda bildirir ki, onun oğlu Həmid Məcidov “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsinin rəhbərliyi ilə bağlanmış 06.02.2013-cü il tarixli əmək müqaviləsinə əsasən (müqavilə kadrlar şöbəsinin rəisi Rövşən İmamverdiyev tərəfindən imzalanmışdır), 6 ay sınaq müddəti ilə həmin liman məntəqəsində çilingər vəzifəsinə işə götürülmüşdü. Həmid Məcidova yük limanı məntəqəsinin 3 saylı körpüsündə yük qaldirici kranın oxunda təmir işlərinin aparılması həvalə edilmiş və 28 mart 2013-cü il tarixdə saat 17.00 radələrində yük qaldirici kranıın oxunda təmir işləri aparan zaman oradan yük kranı əyilərək aşağı düşmüş və nəticədə Həmid Məcidov yıxılraq aldığı xəsarətlərdən dünyasını dəyişmişdir.

Daha sonra öz məktubunda zərərçəkən qeyd edir ki, onun oğlu əsasən avtonəqliyyat vasitələrində quraşdırılmış qaldırıcı kranlar üzrə çilingər vəzifəsində işlədiyindən, “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsində quraşdırılmış və istifadə olunan qaldırıcı kranların və onların mexanizmlərinin təmiri ilə bağlı müvafiq təcrübəyə malik olmamışdır. Liman Məntəqəsi ilə Həmid Məcidov arasında bağlanmış olan Əmək Müqaviləsinin 3.4 bəndinə əsasən nəzərdə tutulan müvafiq təhsil kursları, o cümlədən də qəza hallarında əməyin mühafizəsi, dənizdə insan həyatının mühafizəsinə dair beynəlxalq konvensiyaya aid kurslar, gəmilərin və liman avadanlıqlarının mühafizəsinə dair ixtisaslaşdırma kurslarına mərhum Məcidov Həmidin yazılması və həmin sahələr üzrə onun təcrübəsinin artırılması isə işəgötürənlər tərəfindən təmin olunmamışdır. Digər tərəfdən isə Dilsuz Məcidovun sözlərinə görə hadisə baş verdikdən sonra da zərərçəkənə tibi yardım tələb olunan qaydada göstərilməmişdir: “Hadisə baş verdikdən sonra Mehdi adlı şəxs oğlumu Cavanşir adlı başqa bir şəxsin avtomaşınına yerləşdirmiş, sonuncu idarə etdiyi avtomaşınla oğlumu işlədiyi və hadisənin baş verdiyi yerə yaxın xəstəxanaya, Fəhlə prospektində və hadısə yerindən cəmi 700 metr aralıda yerləşən neyrocərrahiyyə xəstəxanasına deyil, Xəzər Dəniz Gəmiçiliyinin poliklinikasına aparmışdır. Halbuki artıq maşına mindirilərkən oğlum artıq keçinmiş, hətta onun ayaqları belə qatlanmamışdır...”

Təbii ki, bu hadisənin araşdırılması üçün cinayət işi də açılmışdır. Lakin Dilsuz Məcidov bu məsələdə də qarşı tərəfin qərəzli mövqeydən çıxış etdiyinə dair dəlillər gətirir: “Hadisə baş verən yerdə videokamera olmuş, lakin bu kamera gizlədilmiş, istintaqa təqdim olunmamışdır. Necə ola bilər ki, Gəmi limanında oğurluq, başqa neqativ halların qarşısını almaq və nəzarət etmək üçün kamera quraşdırılmasın?”

Heç şübhəsiz “Xəzər Dəniz Gəmiçiliyi”nin Zığ Quru Yuk Limanı Məntəqəsinin rəhbərliyi öz işçilərinin təhlükəsizliyi və yaxud da qəza baş verdikdən sonra zərərçəkənin ailəsinə ən azından maddi kompensasiya ödənilməsi barədə qayğılanan müəssisələr sırasında deyildir. Bunun əvəzində isə, düşünmək olar ki, Liman Məntəqə rəhbərliyini daha çox ucuz işçi qüvvəsi, fəhlələrə verilən pulda qənaət, tibbi sığorta və digər bu kimi sənədlərin saxtalaşdırılması kimi məsələlər düşündürür...

Geri qayıt