Əsas Səhifə > Dünya > İRAN NÜVƏ SİYASƏTİNİ DƏYİŞİR

İRAN NÜVƏ SİYASƏTİNİ DƏYİŞİR


28-08-2013, 10:53
İRAN NÜVƏ SİYASƏTİNİ DƏYİŞİR
İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki daimi nümayəndəsi dəyişib. Prezident Həsən Ruhani Əli Əsgər Sultaniyyənin Rza Nəcəfi ilə əvəzlənməsinə dair sərəncam imzalayıb.

“Media forum” saytının məlumatına görə, Rza Nəcəfinin namizədliyini xarici işlər naziri Məhəmmədcavad Zərif verib.

Rza Nəcəfi əvvəllər İran Xarici İşlər Nazirliyində beynəlxalq və siyasi məsələlər, beynəlxalq təhlükəsizlik və tərk-silah idarələrinə başçılıq edib, İranın BMT-dəki daimi nümayəndəliyində çalışıb.

Geri qayıt