Əsas Səhifə > Ölkə > BARITIN ÜSTÜNDƏ OTURMUŞUQ

BARITIN ÜSTÜNDƏ OTURMUŞUQ


11-01-2012, 12:52
BARITIN ÜSTÜNDƏ OTURMUŞUQ

“CBSNEWS” KANALI DA XƏZƏR ƏTRAFINDA MÜHARİBƏ ANONSU VERDİ

Amerikanın “CBSNews” telekanalı Xəzər regionunu 2012-ci ildə beynəlxalq enerji ixtilafları səbəbindən hərbi münaqişənin baş qaldıra biləcəyi regionlar sırasına daxil edib.

APA-nın məlumatına görə, telekanalın saytında təhlil (War watch 2012: Welcome to a very edgy world) yazan qlobal təhlükəsizlik məsələləri üzrə professor Maykl Klar belə qənaətə gəlib ki, dünya iqtisadiyyatını riskə qoyaraq, neft qiymətlərinin kəskin sıçrayışına təkan verən və qanlı toqquşmalara səbəb ola biləcək üç məkanda hərbi qarşıdurma istisna edilmir. Bunlar Hörmüz boğazı, Cənubi Çin dənizi və Xəzər dənizidir.

Xəzərdə 48 milyard barel neft və 449 trilyon kub fut həcmində təbii qaz ehtiyatının olduğunu xatırladan müəllif qeyd edir ki, bu, enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması “böyük iş” olacaq. “Regionun enerji infrastrukturu tam qeyri-adekvatdır və Xəzərin digər dənizlərə çıxışı yoxdur, yəni bütün neft və qaz boru və ya dəmir yolla nəql edilməlidir”.

Rusiyanın və Qərbin yeni enerji borularına nəzarət uğrunda mübarizə apardıqlarını qeyd edən “CBSNews” telekanalı bu mübarizənin yeni mərhələyə qədəm qoyduğunu bildirir: “Məsələn, Avropa Birliyi Azərbaycandan Türkiyəni qət etməklə Avstriyaya kimi uzanacaq “Nabucco” adlanan yeni qaz boru kəməri inşa etmək ümidindədir. Lakin Rusiya “Cənub axını” adlanan rəqib boru marşrutu təklif edib. Fövqəldövlətlərin geosiyasi maraqlarını əks etdirən bütün bu səylər Xəzər regionunun beynəlxalq böhran və ya münaqişə mənbəyi kimi qalacağını söyləməyə əsas verir”.


Geri qayıt