Əsas Səhifə > Hadisə > MƏKTƏBLİLƏRİN HƏYATI TƏHLÜKƏDƏ

MƏKTƏBLİLƏRİN HƏYATI TƏHLÜKƏDƏ


11-01-2012, 12:55
MƏKTƏBLİLƏRİN HƏYATI TƏHLÜKƏDƏ

AVROPA LİTSEYİNİN ŞAGİRDLƏRİ EVAKUASİYA OLUNDU

Bu gün Bakıda Süleyman Tağızadə küçəsində yerləşən Bakı Avropa Liseyinin qarşısında "Kamaz" markalı avtomobil aşıb.

Nəticədə orada dayanan 4-5 maşın əzilib.

Yasamal Rayon Polis İdarəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yaxınlığdan keçən qaz xətti zədələndiyi liseyin şagirdləri evakuasiya olunub.

Qəza zamanı ölən və xəsarət alan yoxdur

Şahidlərin Trend-ə verdiyi məlumata görə, "Kamaz" markalı avtomobil binaya çırpılıb və aşıb.

Qəza nəticəsində qaz xətti qırılıb. Məktəb binasına qaz dolduğu üçün liseydə dərs dayandırılıb və şagirdlər evakuasiya olunublar.


Geri qayıt