Əsas Səhifə > Ölkə, Manşet > İQTİDARİÇİ «QARA QÜVVƏLƏRİN» QARA GÜNLƏRİ BAŞLAYIR

İQTİDARİÇİ «QARA QÜVVƏLƏRİN» QARA GÜNLƏRİ BAŞLAYIR


29-08-2013, 15:23
İQTİDARİÇİ «QARA QÜVVƏLƏRİN» QARA GÜNLƏRİ BAŞLAYIR
HAKİMİYYƏT İSLAHATLARA GEDİR

DİA.AZ: - «Prezident seçkilərilə bağlı hakimiyyətin planlarında dəyişiklik gözləyənlər yanıldılar. Halbuki seçkilərə qədər müxtəlif versiyaların olduğu söylənilirdi». Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki mənbə bildirib.

Qaynaq iddia edir ki, buna qədər hətta hakimiyyətin seçkilərə hazırki ədliyyə naziri Fikrət Məmmədovun namizədliyi altında qatılacağını söyləyənlər də var idi: «Təbii ki, iqtidar daxilində müəyyən qüvvələr var ki, hələ də təxribatlardan çörək qaxanırlar. Onlar özlərini stabilliyin qarantı elan etsələr də, əslində stabillik onlara sərf etmir».

Mənbəmizə görə, bu gün süni şəkildə «xof yaradırıq» deyib anlamsız həbslərə qərar verən və digər buk imi təxribatçı aksiyaların arxasında dayanan həmin qüvvələr seçkilərə qədər mətbuatda müxtəlif yollarla ötürdükləri informasiyalar hesabına gərəkən rəyi yarada bildilər: «Amma onlara bir «durr» deyən tapılmalı idi və deyildi də».

Mənbəmiz iddia edir ki, prezident seçkilərindən sonra məhz sözügedən qüvvələrlə bağlı xüsusi islahatlar həyata keçiriləcək: «Onların bəziləri işdən atılacaq, bəzilərinin isə başqa formada, daha sərt şəkildə cəzalandırılması gözlənilir. Çünki artıq tamamən təsbit olunan, fəaliyyətləri ifşa edilən həmin qüvvələrin əslində hakimiyyətə ayı xidməti göstərmələri müəyyənləşib. Nəticədə isə ümumi hədəfə iqtidarın özü çevrilib. Hər halda, bu gün hansısa gəncin həbsə atılmasının iqtidar üçün heç bir siyasi yükü, anlamı m.vcud deyil. Amma bundan pul qazananlar var və eyni zamanda buna görə sorğu-sual ediləni həmin faydalanan kəsim deyil».

Geri qayıt