Əsas Səhifə > Ölkə, Manşet > ŞOK İDDİA: “BULLA DƏNİZ”İ RUSLAR PARTLADIB

ŞOK İDDİA: “BULLA DƏNİZ”İ RUSLAR PARTLADIB


30-08-2013, 14:54
ŞOK İDDİA: “BULLA DƏNİZ”İ RUSLAR PARTLADIB
KREML AZƏRBAYCANA “İLİŞİB”

DİA.AZ: - Bu həftə ARDNŞ “Bulla dəniz” yatağındakı №90 quyuda yanğını söndürmək üçün gəmi sayını 11-ə çatdırıb. Qeyd edək ki, bu gəmilər ARDNŞ Təhlükəsizlik İdarəsi və FHN-ə məxsusdur.

ARDNŞ-nin məlumatına əsasən, "Şirvan" kran gəmsinin vasitəsilə hər biri 50 kubmetr olan üç çən borta yüklənib. Altı yanğın gəmisinin vasitəsilə quyunun ağzında su örtüyü yaradılıb.

Əvvəllər Sərhəd Qoşunlarının atəşi ilə yanğın lokallaşdırılmış və şaquli istiqamətləndirilmişdi.

Dünən ARDNŞ qazma avadanlığının 20%-i sökərək daşıyıb. "ARDNŞ və FHN tədbirlər planını cədvələ uyğun həyata keçirir", - deyə məlumatda bildirilir.

Bildirək ki, 17 avqust 21.30-da №90 quyuda qaz fontan vurub. "Bu, güclü təzyiq deyildi, hərçənd qurğular quyuda ciddi problem olduğunu göstərirdi", - deyə agentliyin müsahibi bildirib. Onun sözlərinə görə, ikinci fontan 2 saat sonra olub. Nəticədə avadanlıq ziyan çəkib. "Quyuda yanğın saat 2-də başlayıb. Püskürülən qumun metalla təmasından yanğın başlayıb", - deyə ARDNŞ əməkdaşı bildirib.

Bu arada «Bulla Dəniz» yatağı ilə bağlı maraqlı bir məlumat yayılıb. Xəbərə görə, əslində «Bulla Dəniz»də heç bir qəza verməyib. Mənbə iddia edir ki, yataq Bakıya səfər edən Rusiya prezidenti Vladimir Putinlə birgə gələn hərbi gəmilərdən atılan atəş nəticəsində partladılıb.

Mənbənin söylədikləri: «Ruslar bu yolla Azərbaycana öz güclərini nümayiş etdiriblər. Siyasətdə bir rus jarqonu var. Adına «ruskaya tupost» deyirlər. Yəni ruslar tarixən hesablanmayan, nəzəriyyə ilə uzlaşmayan addımlar atıblar. İndi də eyni dəst-xəttdir.

Kimsə gözləməz ki, Rusiya belə bir addımı atsın. Amma atdılar. Ona görə də «Bulla Dəniz»dən hələ də bir jurnalist reportajı, bir videoçəkiliş mövcud deyil. Hətta yataqda yanğının söndürülməsilə məşğul olan əməkdaşların da üzəri ciddi şəkildə yoxlanılır ki, hər hansı görüntü kənara sızmasın».

Geri qayıt