Əsas Səhifə > Ölkə, Manşet > NAZİR BAŞÇIDAN FHN ŞEFİNƏ ŞİKAYƏTÇİ DÜŞDÜ

NAZİR BAŞÇIDAN FHN ŞEFİNƏ ŞİKAYƏTÇİ DÜŞDÜ


30-08-2013, 15:15
NAZİR BAŞÇIDAN FHN ŞEFİNƏ ŞİKAYƏTÇİ DÜŞDÜ
QOCA SƏMƏDOVUN QOCAMAN PROBLEMLƏRİ

DİA.AZ: - Yevlaxın icra başçısı cəncələ düşüb. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mənbəmiz xəbər ötürüb. Qaynaq iddia edir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın olan Qoca Səmədovun bu günlərdə digər bir oliqarx- nazir - Nəqliyyat Naziri Ziya Məmmədovu eşitməməsi onun üçün əlavə başağrısına çevrilib.

Mənbənin söylədöikləri: «Bu vaxta qədər Qoca Səmədovun adı heç bir intriqada çəkilməsə də, birbaşa olaraq NN şefi ilə sözləri çəpləşən icra başçısı bundan sonra mətbuatın ulduzuna çevrilə bilər. Çünki bu xəmir hələ çox su aparacaq».

Mənbəmiz iddia edir ki, Qoca Səmədovla Ziya Məmmədovun münasibətlərində gərginlik hələ Yevlax Avtovağzalı ilə bağlı özəlləşdirmə işində yaranmışdı: «Xatırlayırsınızsa, bu məsələ hətta mətbuata da çıxmışdı. Vəziyyət o qədər həssas idi ki, bütün maraqlı tərəflər, hətta haqqı əlindən alan şəxslər belə məhkəmə yolu ilə susduruldu, nazir oğlundan üzr istəməyə vadar edildi».

Mənbə bildirir ki, bu məsələdə yerli icra orqanlarının maraqlarını nəzərə almayan nəqliyyat nazirliyi Qoca Səmədovla müəyyən problemlər yaşamışdı: «İndi isə Qoca Səmədov linə düşən fürsəti dəyərləndirib. Və Ziya Məmmədova yaxın bir şəxsin Yevlax rayonu ilə əlaqədar xahişini nəzərə almayıb. Bu isə münasibətlərin daha da gərginləşməsinə nədən olub».

Məlumatlara görə, hətta vəziyyət o həddə çatıb ki, Ziya Məmmədov icra başçısından FHN şefinə belə şikayətçi düşüb.

Mövzu diqqətimizdədir. Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

Geri qayıt