Əsas Səhifə > Dünya > ÖZBƏK QADIN DUBAYDA FƏĞAN EYLƏDİ

ÖZBƏK QADIN DUBAYDA FƏĞAN EYLƏDİ


2-09-2013, 11:44
ÖZBƏK QADIN DUBAYDA FƏĞAN EYLƏDİ
FaktXəbər-in verdiyi məlumata görə, Dubayda özbək qadın Baş prokurorluğun binasını partlatmaqla hədələyib.

Qadın 6 yaşlı oğlunu da özü ilə götürərək binaya daxil olub və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşidəl-Maktumla görüş tələb edib. Əks təqdirdə belinə bağladığı kəməri partladacağını deyib.

Bina dərhal evakuasiya olunub.

Polisin sözlərinə görə rus dilində danışan qadın uşağının atasının oğlu üzərində valideynlik hüququnu tanımasını istəyib və hökumətdən yardım istəyib.

Geri qayıt