Əsas Səhifə > Ölkə > İCTİMAİ PALATA TOPLANTI KEÇİRİR

İCTİMAİ PALATA TOPLANTI KEÇİRİR


27-09-2011, 15:21
İCTİMAİ PALATA TOPLANTI KEÇİRİR

QURUM ÜZVLƏRİ HİDDƏTLƏNİBLƏR

Bu gün İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar fövqəladə toplantısı başlayıb. Bu barədə musavat.com xəbər verib. Toplantıda 2 aprel məhbusları ilə bağlı məhkəmə prosesi məsələsi müzakirə edilib.
Məlumata görə, sifarişli və qanunsuz məhkəmə prosesinin bu şəkil alması İctimai Palata üzvlərinin hiddətinə səbəb olub və bu, toplantının ovqatına da sirayət edib.

Xatırladaq ki, 2 aprel məhbuslarından 6 nəfər barədə məhkəmə hökmü amansız olub. Sərbəst toplaşmaq hüququndan istifadə etdiyi üçün qanunsuz olaraq həbs edilən həmin şəxslərə müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzalarının verilməsinin ardınca, prokuror dünən Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidliyə 3, Fuad Qəhrəmanlıya isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilməsini tələb edib.

İctimai Palatanın Koordinasiya Şurasının bugünkü növbədənkənar toplantısının qərarları aşağıdakı kimi olub:
1. Vicdan məhbusları ilə bağlı yaranmiş duruma görə sabaha təyin olunmuş İran müzakirələri təxirə salınır;
2. 29 sentyabrda mətbuat konfransi kecirilməsi qərara alınır.
3. IP-in sessiyasi şənbə gününə keçirilir.

Müzakirələr davam edir.
[/b][b]

Geri qayıt