Əsas Səhifə > Ölkə, Manşet > ZİYA MƏMMƏDOVA NƏDƏN RƏDD CAVAB VERİLİB?

ZİYA MƏMMƏDOVA NƏDƏN RƏDD CAVAB VERİLİB?


5-09-2013, 13:03
ZİYA MƏMMƏDOVA NƏDƏN RƏDD CAVAB VERİLİB?
NN ŞEFİ MEDİA SEKTORUNA BURAXILMIR

DİA.AZ: - Redaksiyamıza məmurlardan biri ilə bağlı maraqlı bir məlumat daxil olub. Söhbət hakim elitalda kifayət qədər nüfuzlu fiqur kimi dəyərləndirilən nəqliyyat naziri Ziya Məmmədovdan gedir.

Xatırladaq ki, bir neçə gün əvvəl nazirə olan etimad yükünün ciddi şəkildə zərər görməsi barədə informasiya vermişdik. İndi isə aydın olur ki, bu məsələ özünü bütün istiqamətlərdə nəzərə çarpdırmaqdadır.

Xatırlayırsınızsa, xeyli müddət əvvəl nazirin oğlu Anar Məmmədov «ZQAN» (QARANT) Holdinqin yeni prinsiplərini elan edərkən medi şəbəkəsi quracaqlarını da bəyan etmişdi. Lakin aradan illər keçməsinə baxmayaraq hələ də Anar Məmmədov hətta bir divar qəzeti belə çap etdirə bilməyib.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, bu günlərdə nəqliyat naziri Ziya Məmmədov yenidən bu məsələ ilə bağlı müvafiq icazənin alınmasına çalışsa da, yenidən rədd cavabı alıb.

Deyilir ki, Ziya Məmmədov yeni telekanalın açılması üçün çaba sərf etməkdədir.

Geri qayıt