Əsas Səhifə > Ölkə, Manşet > ZAKİR FƏRƏCOV QANUNLARA NECƏ GÜC GƏLİR?

ZAKİR FƏRƏCOV QANUNLARA NECƏ GÜC GƏLİR?


16-09-2013, 15:20
ZAKİR FƏRƏCOV QANUNLARA NECƏ GÜC GƏLİR?
“ELŞAD ABDULLAYEV XARİCDƏ OTURUB”...

DİA.AZ: - Abşeron rayon icra hakimiyyəti başçısı Zakir Fərəcovun adı bir sıra qalmaqallarda hallandırılmaqdadır. Redaksiyamıza daxil olan müraciətlərdən də aydın olur ki, rayon icra hakimiyyəti Zakir Fərəcovun kölgəsinə sığınaraq Azərbaycan dövlətinin qanunlarını ayaqlar altına almaqdadırlar. Təbii ki, belə bir şəraitdə icra başçısına güldən ağır sözün deyilməməsi də ortaya bir sıra şübhəli məqamları çıxarır.

DİA.AZ olaraq keçən günlərdə yaydığımız məlumatda bildirmişdik ki, Abşeron rayon sakini İlahə Alıyeva icra hakimiyyətinin işçisi Eldəniz Səfərovun fırıldaq yolu ilə onun külli miqdarda pulunu mənimsədiyini iddia edirdi.

Məlumat üçün bildirək ki, Zakir Fərəcovun işçisi olmasına rəğmən Eldəniz Səfərov vətəndaşa saxta diploma satma cəsarətini də nümayiş etdirib. Redaksiyamıza bununla bağlı bir sıra faktları -səs yazılarını, gizli videoçəkilişləri və konkret sənədləri təqdim edən vətəndaş ona verilmiş Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin saxta diplomunun surətini də redaksiyamıza yollayıb.

İlahə Alıyevanın DİA.AZ-a ünvanladığı son müraciətdə deyilir: “İndi Eldənizin sözləri öz təsdiqini tapır. Mən ondan şikayət edəndə o mənə dedi: “Bura Azərbaycandir. Bir gündə İcraya milyonlarla ərizə daxil olur. O ərizləri oradan bir-birinə ötürürlər, sonra silib atırlar. Sən də arxayın ol!! Sənin də ərizələrin onlardan biri olacaq”.

Prezident Administrasiyasında Niyaz müləllim isə PA-yə ünvanladığım 100-dən artıq şikayət ərizələrimi, şikayət etdiyim şəxslərin üstünə göndərir. Soruşanda isə deyir ki, ərazi onun olduğu üçün ora göndərirəm. Belə çıxır ki, İcra başçısı istədiyin edə bilər...

Maraqlıdır ki, hələ bu günə kimi Zakir Fərəcov –Eldənizin hərəkətlərinə münasibət bildirməyib. Əksinə onu himayə etməkdə davam edir. Əgər belə olmasaydı, o həmin rayonda çoxdan həbs edilməli idi. Buyurun, ekspertizanın təqdim etdiyi səs yazısında, rayondakı korrupsiyaya necə göz yumulduğu göz önündədir. Bu gün cəzasızlıq Abşeronda höküm sürür. Kim –kimin adamıdırsa, o da cinayət məsuliyyətindən kənarda qalır.

Təkcə bir faktı önə gətirmək istəyirəm ki, İH- də işləyən birisi saxta diplomu mənə samaqla dələduzliuq etmişdir. O boyda möhürlü qollu kağızı o hardan ala bilərdi? İcra başçısının düz burnunun o boyda saxtakarlığı necə edə bilərdi? Mənə bir şey maraqlıdır. Elşad Abdullayev xaricdə oturub Bakıya video göndərməklə Prokurorluq o dəqiqə adam həbs edir. Mənim istər prokurorluğa, istərsə də PA-ya göndərdiyim yüzlərlə ərizələrim, Abşeron, DİN- arasında sərgərdan qalıb.

Maraqlısı da odur ki, bu işdə onu DİN-nin istintaq idarəsi maraqlıdır. Mənim işimin Abşeron Pİ-dən alınıb, yenidən heç bir təqdimat olmadanyenidən rayona qaytarılması bir daha öz təsdiqini tapır. Eldənizin stenoqrafiyada brzə Məhəmməd adlı şəxslə telefon danışıqlarına diqqət yetirsəz, onda görərsiz ki, bəli, Eldəniz Abşeronda söz sahibidir. İndi sözümüzü kimə deyək? Prezidentə, prokuroramı, yoxsa polisəmi? Bu artıq sizlikdir. Özünüz nəticə çıxarın”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt