Əsas Səhifə > Siyasət, Manşet > ŞİRVANDA SAHİBKARLAR NARAZILIQ EDİRLƏR

ŞİRVANDA SAHİBKARLAR NARAZILIQ EDİRLƏR


17-09-2013, 00:34
ŞİRVANDA SAHİBKARLAR NARAZILIQ EDİRLƏR
MƏRDAN CAMALOV DA DİGƏR RAYON RƏHBƏRLƏRİ KİMİ PUL TOPLAYIR

DİA.AZ: - Qarşıdan gələn prezident seçkilərilə əlaqədar bir sıra rayon icra hakimiyyəti başçılarının pultoplama kampaniyalarına start verməsi artıq mətbuatda ən çox nəzər salınan mövzulardan birinə çevrilib.

DİA.AZ-a daxil olan son informasiyalardan isə anlaşılır ki, belə bir kampaniya Şirvan şəhərində də cərəyan etməkdədir. Şirvan şəhərində yaşayan bir qrup sahibkarın redaksiyamıza yazdığına görə, son günlər icra başçısı Mərdan Camalovun adamları Şirvanın mərkəzində yerləşən obyekt sahiblərindən «seçkipulu» tələb etməyə başlayıblar.

Sakinlər yazır: «Doğrudur, məcburiyyət yoxdur. Yəni elə bir təəssürat yaradırlar ki, hər şey könüllü şəkildə baş versin. Amma biz də yaxşı bilirik ki, əgər icra başçısının adından istənilən məbləği verməsək, seçkidən sonra problemlə üz-üzə qalacağıq. Ona görə də əksəriyyət tələb olunan pulu vermək zorunda qalır».

Narazı sahibkarların sözlərinə görə, ən az pul tələb edildikdə 1000 manat istənilir…

Geri qayıt