Əsas Səhifə > Ölkə, Manşet > CAVİD QURBANOV MƏMURLARDAN FAKT ÖTÜRÜRMÜŞ

CAVİD QURBANOV MƏMURLARDAN FAKT ÖTÜRÜRMÜŞ


25-09-2013, 15:21
CAVİD QURBANOV MƏMURLARDAN FAKT ÖTÜRÜRMÜŞ
ASC PREZİDENTİ ÇƏTİN DURUMDA

DİA.AZ: - Son günlər «Azəryolservis» ASC-nin prezidenti, millət vəkili Cavid Qurbanovla bağlı müəmmalı xəbərlər yayılmaqdadır. Bildirək ki, 17 sentyabr tarixində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilən «Bizim Yol» qəzetinin əməkdaşı, «moderator.az» portalının direktoru Pərviz Həşimli ilə bağlı məsələdə də Cavid Qurbanovun adı hallandırıldı və bildirildi ki, hətta Pərviz Həşimli həbs olunarkən ona yaxın şəxslər Cavid Qurbanova zəng də ediblər.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu hadisə Cavid Qurbanovun iqtidar içindəki mövqelərinə çox ciddi zərbə vurub. Mənbə iddia edir ki, hətta məsələdən dolayı «silisə» çəkilən Cavid Qurbanov barəsində belə bir rəy də yaradılıb ki, elə məmurlarla bağlı kompromat xarakterli ifyşaedici materialların bir sıra mətbu orqanlara ötürülməsinə Cavid Qurbanov rəhbərlik edib.

Artıq bu iş səbəbilə Cavid Qurbanovun sorğu-suala çəkildiyini iddia edən mənbənin sözlərinə görə, bu hadisə ASC prezidentinin karyerasının üstündən birdəfəlik xətt çəkib: «Cavid Qurbanovla yanaşı, onun polis rəisi işləyən qardaşının da durumu ağırdır. Ola bilsin ki, ikl əvvəl, tezliklə - yaxın günlərdə məhz qardaşı vəzifəsindən alınsın.

Hələlik bütün bunlar hadisələrin inkişaf axarından asılıdır. Çünki Cavid Qurbanov neçə gündür müdafiə olunmağa çalışır. Amma onun əleyhinə faktların toplanışı da davam edir».

Geri qayıt