Əsas Səhifə > Ölkə, Manşet > ZİYA MƏMMƏDOVDAN PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLANDI
ZİYA MƏMMƏDOVDAN PREZİDENTƏ ŞİKAYƏT ÜNVANLANDI26-09-2013, 14:35 |
SÜRÜCÜLƏR ÜSYAN HƏDDİNƏ ÇATIB DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrupp taksi sürücüsü dünən toxunduğumuz mövzu ilə bağlı redaksiyamıza müraciət ediblər. Sürücülər nəqliyyat nazirliyinin müfəttişlərinin onlara qan uddurduğunu bildirir. DİA.AZ-a sürücü Mahir Səmədovun söylədikləri: «16 ilə yaxındır ki, Bakıda sürücülüklə məşğulam. Artıq Ziya Məmmədovun müftəttişlərinin əlindən harda gizlənim, hara qaçım - bilmirəm. Belə yaşayış olmaz. Mən prezidentdən xahiş edirəm, bizimlə bağlı ortada olan anlaşılmazlığa son qoyulsun. Bizim uşaqlarımız var, hər birimiz ailə başçısıyıq. Ziya Məmmədov deyir ki, nə qazanırıqsa, ona verək. O zaman ailəmiz nə yesin?» Başqa bir sürücü Rauf Ələkbərov da eyni qaydada DİA.AZ-a nəqliyyat nazirliyinin müfəttişlərindən şikayətlənir: «Lisenziya da almışıq. Amma yenə də bizdən əl çəkmirlər. Başqa sürücülər, DYP-dən şikayətlənir. Amma inanın ki, DYP işçiləri NN-nin müfəttişləri ilə müqayisə olunmaz. Əgər kiminsə NN-nin müfəttişlərinə işi düşübsə, bunu daha yaxşı anlayar. Onlar bizə rəsmən zülüm verir». Sürücülər bildirir ki, prezident seçkiləri ərəfəsində onlar etiraz aksiyaları keçirməyi də planlaşdırırlar: «Dövlətin rüsumunu ödəməyimizə baxmayaraq, hələ də bizdən əlavə pulları müxtəlif bəhanələrlə alırlar. Əgər dövlət öz qanunlarının arxasında dayana bilmirsə, Ziya Məmmədovla bacara bilmirsə, bu, artıq ciddi problemdir». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |