Əsas Səhifə > Ölkə > RAMİZ MEHDİYEVİN İDARƏSİNƏ DAHA BİR İTTİHAM
RAMİZ MEHDİYEVİN İDARƏSİNƏ DAHA BİR İTTİHAM18-01-2012, 17:23 |
“FIRILDAQÇILARI PREZİDENT ADMİNİSTRASİYASI HİMAYƏ EDİR” Bu gün “Fuad ltdl”MTŞ-in aldatdığı bir qrup payçı Bakıda mətbuat konfransı keçirərək dövlət strukturlarını, o cümlədən Prezident Administrasiyasını dələduzları himayə etməkdə ittiham edib. Şirkət 2005-ci ildə Xırdalanda 14 mərtəbəli yaşayış evinin 3 blokunun tikintisinə başlayıb. «Onda iş sürətlə gedirdi və bizim şirkət sahibi Qasım Məmmədova inanmamağa haqqımız yox idi. Ondan müqavilə ilə mənzil aldıq», deyə payçılardan Aqil Şahvələdov bildirib. Amma 2008-ci ildən tikinti işləri dayandırılıb və o vaxtdan payçılar məhkəmə qaydasında mənzilləri və ya qoyulan vəsaiti tələb etməyə başlayıb. «Məlum oldu ki, layihə 9 blokdan ibarətdir. Məmmədov və qohumları olmayan mənzilləri satırdı. Layihə üzrə cəmi 505 mənzil tikilməli idi. Amma öyrənmişik ki, 595 saylı mənzil satılıb», deyə digər zərərçəkən Eldəniz Əbdurəhmanov bildirib. Onun sözlərinə görə, Məmmədov ən azı 3 mənzili iki müxtəlif şəxsə satıb. Bundan başqa, satılan mənzillərin sahəsi layihədəkindən çoxdur. Bu cür aşkar dələduzluq hərəkətlərinə baxmayaraq, Baş Prokurorluq 69 yaşı Qasım Məmmədova qarşı cinayət işi başlamaqdan imtina edir, deyə Əbdurəhmanov bildirib. Payçı Gülşən Bağıyevanın əri Nizami Əliyev hesab edir ki, binanın tikilməsinin əsas məqsədi istənilən yolla pul qazanmaq olub. «Bizə satılan ev başqasına da satılıb. Məmmədov deyir ki, bu, anlaşılmazlıqdır. Məhkəmə bizə pul ödənilməsi barədə qərar çıxarıb. Amma Məmmədov məhkəmənin qərarını icra etmir. Hüquq mühafizə orqanları məhkəmə icraçılarının Məmmədovun yaxalanması barədə qərarına məhəl qoymurlar». «Mənim «etibarlı himayəm” var, oğlum Milli Təhlükəsizlik Nazirliyində işləyir. Mənə gücünüz çatmaz», deyə Məmmədov bildirir. Bilmirik, nə edək?», deyə Əbdurəhmanov soruşur. Bu cür hallar dəfələrlə olub. Adətən, hüquq mühafizə orqanları fırıldaqçıları məsuliyyətə cəlb etməyə tələsmir. Geri qayıt |