Əsas Səhifə > Ölkə, Manşet > HACI İBRAHİM NEHMƏRLİYƏ QARŞI ALİ MƏHKƏMƏ

HACI İBRAHİM NEHMƏRLİYƏ QARŞI ALİ MƏHKƏMƏ


1-10-2013, 14:34
HACI İBRAHİM NEHMƏRLİYƏ QARŞI ALİ MƏHKƏMƏ
SAHİBKAR YERLİ MƏHKƏMƏLƏRƏ ÜMİDİNİ İTİRİB

DİA.AZ: - Məlum olduğu kimi, «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli Qazax rayonundan olan sahibkar Elşad Məmmədovun yarım milyon manata qədər vəsaitini mənimsəməkdə ittiham olunur. Maləsəf ki, bu ittiham Azərbaycan dövləti, qanun adından deyil, yalnız və yalnız sahibkarın elə öz dilindən səslənir.

Elə buna görə də sahibkar Elşad Məmmədov haqqını məhkəmə qapılarında aramaqdadır. Lakin bu vaxta qədər iki məhkəmə instansiyası Elşad Məmmədovun əleyhinə qərar çıxarıb. Bu barədə DİA.AZ-a açıqlama verən iş adamı bildirir ki, son ümid yeri Ali Məhkəmədir: «Bununla bağlı məlumatınız olduğu kimi, Heydər Əliyev Fonduna da şikayət etmişəm. Şəxsən məni qəbul edib, dinləyiblər. İndi də işə ali məhkəmədə baxırlar. Sabah məhkəmə iclasıdır. Ümid edirəm ki, ali məhkəmə adına uyğun olaraq haqq-ədalət məhkəməsi kimi qərar çıxaracaq. Daha HAQQ MƏHKƏMƏSİ kimi davranmayacaq.

Əgər bu məhkəmə instansiyası da Hacı İbrahim Nehrəmlinin «haqqı» qarşısında haqqa göz yumacaqsa, mən haqqımı Avropa İnsan Haqqları Məhkəməsində aramalı olacam. Başqa çıxış yolum qalmır. Hər halda, Xəzər dənizində ada tikməsinə görə böyük güzəştlər əldə etmiş, hətta məhkəmələrimizi belə satın almağa qalxan Hacı İbrahim Nehrəmlinin Avropa Məhkəməsini satın almağa gücü və pulu yetməz».

Sahibkar onu da bildirdi ki, artıq bəri başdan hüquqi işləmlərə başlayıb: «Qısa müddət içində məsələ ilə bağlı AİHM-ə üz tutacağıq».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt