Əsas Səhifə > Ölkə > VAHİD NAXIŞIN ZİYA MƏMMƏDOVU MÜDAFİƏ ETMƏKLİYİ
VAHİD NAXIŞIN ZİYA MƏMMƏDOVU MÜDAFİƏ ETMƏKLİYİ19-01-2012, 13:32 |
ANS-in CANLI EFİRİNDƏ BİABIRÇI OLAY Bu gün ANS telekanalının canlı efirində biabırçı olay baş verib. "Günəbaxan" verilişinin aparıcısı İlqar Mikayıloğlu studiyaya dəvət etdiyi taksi sürücüləri ilə söhbət zamanı onların ünvanına xoşagəlməz ifadələr səsləndirib. Təcrübəli teleaparıcı nəyə görəsə haqqını tələb edən, dolanışıq dərdi çəkən sürücülərə opзonentlik edib. Onlardan birinin məcbur köçkün olduğunu deməsindən sonra Mikayıloğlu söhbətə dəxli olmadan patriotluq etmək qərarına gəlib və orta yaşlı sürücünü silaha sarılaraq, hərbi birləşmə təşkil edərək öz doğma torpaqlarını azad etməyə getməməkdə günahlandırıb. Buna cavab verən başqa bir sürücü isə ANS əməkdaşının qəzəbinə tuş gəlib. O, sürücünü studiyadan qovmaq cəhdi edib və həmin sürücünün həmkarları kütləvi şəkildə ANS-in studiyasını tərk ediblər. P.S. Bir televiziya jurnalistinin öz qonaqlarını canlı efirdə studiyadan qovması nə qədər biabırçı hərəkətdirsə, onun müharibə kimi ciddi prosesi taksi sürücülərinin, ayrı-ayrı vətənpərvərlərin deyil, dövlətin aparmalı olduğunu bilməməsi o qədər böyük qəbahətdir. Yeri gəldi-gəlmədi patriotluq etmək, başqalarını bununla şantaj etmək isə sadəcə ayıbdır. Geri qayıt |