Əsas Səhifə > Cəmiyyət > AZYAŞLI QIZI SATIBLAR

AZYAŞLI QIZI SATIBLAR


28-09-2011, 12:51
AZYAŞLI QIZI SATIBLAR

İNSAN ALVERİ QURBANLARI ARASINDA 14 YAŞLI KÖRPƏ

Bu il Azərbaycanda aşkar edilən insan alveri qurbanları arasında 14 yaşlı yeniyetmə qız olub.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Araz Babayev insan alveri ilə mübarizəyə həsr olunmuş tədbirdə bildirib. O, qeyd edib ki, 2010-cu ildə insan alveri ilə bağlı Azərbaycanda 70 fakt aşkar edilmişdisə, 2011-ci ilin ilk altı ayında isə 63 cinayət faktı aşkar olunub. Qurbanların əksəriyyəti qadınlar olub.

Daha sonra tədbirdə çıxış edən “İnsan Alveri Qurbanlarına Kömək Fondu”nun sədri Mehriban Zeynalova isə insan alveri ilə məşğul olan şəxslərin öz qurbanlarını daha çox savadsız, kasıblıqdan əziyyət çəkən, iradəsi zəif olan şəxslərin arasından seçmələrinin heç də təsadüfü olmadığını bildirib. Fondun sədri insan alveri qurbanlarına dövlət tərəfindən müavinətlərin verilməsini, onların sığınacaqlarla təmin olunmasını insan hüquqlarına hörmət kimi qiymətləndirib.

Geri qayıt