Əsas Səhifə > Hadisə > EYNULLA FƏTULLEYV İRANI TƏMİZƏ ÇIXARIR

EYNULLA FƏTULLEYV İRANI TƏMİZƏ ÇIXARIR


20-01-2012, 13:31
EYNULLA FƏTULLEYV İRANI TƏMİZƏ ÇIXARIR

“RAFİQ TAĞININ QƏTLİNİN ARXASINDA İRAN DURMUR”

Rafiq Tağının qətlindən sonra yaradılmış ictimai təhqiqat qrupu öz araşdırmalarını başa çatdırıb. Təhqiqat qrupunun rəhbəri, “Insan Haqları Uğrunda” Ictimai Birliyin sədri Eynulla Fətullayev yanvarın 21-də qrupun ilkin hesabatının ictimaiyyətə təqdim olunacağını bildirib. Şənbə günü saat 12.00-da RATI-nin ofisində keçiriləcək təqdimata bütün media, diplomatik korpus və vətəndaş cəmiyyətinin nümayəndələri dəvət olunub.

E.Fətullayev açıqlamasında hesabatla bağlı bəzi ipucları verib: “Ötən müddətdə çox gərgin işləmişik və fəaliyyətimiz çoxşaxəli olub. Həm özümüz təhqiqat aparmışıq, həm də rəsmi istintaq üzərində ictimai nəzarət həyata keçirmişik. Hələlik onu deyə bilərəm ki, qətllə bağlı açıqlayacağımız hesabat cəmiyyət üçün çox maraqlı olacaq. Hesabatla tanış olan hər bir adam birmənalı nəticəyə gələcək. Mənim mövqeyim subyektiv görünə bilər. Amma mən nə islamçıyam, nə din xadimiyəm, nə də Irana münasibətim müsbətdir. Əksinə Iranla bağlı mövqeyim çox tənqididir. Amma gəldiyim nəticə odur ki, Iranın Rafiq Tağının qətlinə aidiyyəti yoxdur”.

E.Fətullayev hesab edir ki, bu müddət ərzində iş üzrə istintaq getməyib, sadəcə bunun görüntüsü yaradılıb: “Indiyə qədər Respublika Prokurorluğu Rafiq Tağının həyat yoldaşını zərərçəkən kimi tanımayıb. Və indiyə qədər Rafiq Tağının ölüm səbəbi məlum deyil. Ekspertizanın Rafiq Tağının ölüm səbəbi ilə bağlı KIV-ə açıqladığı rəyi əldə etmək istədik. Lakin o rəyi bizə təqdim etməkdən imtina etdilər”.

E.Fətullayev bu hesabatla R.Tağının qətli ilə bağlı təhqiqata son vermədiklərini deyir: “Biz iki aya yaxındır ki, çox gərgin işləmişik. Amma bu, son deyil. Rafiq Tağının işində bir yenilik olsa, bizim də fəaliyyətimiz davam edəcək. Bizim məqsədimiz həm də istintaqın fəaliyyətinə ictimai nəzarəti təmin etməkdir”.

Xatırladaq ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da işdən evə qayıdan zaman naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətlərinə məruz qalıb,ÿ bir neçə gün sonra dünyasını dəyişib.ÿ Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə təhqiqat aparılır (azadlıq).

Geri qayıt